23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

UEFA "Qarabağ"ın oyunundakı erməni qalmaqalı ilə bağlı hələ qərar qəbul etməyib

UEFA İntizam Komitəsi "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki ilk tur qarşılaşmasında baş verənlərlə bağlı qərarı gələn həftəyə təxirə salıb.

Bu barədə qitə futbol qurumundan "Report"un sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, sentyabrın 19-da İspaniya "Sevilya"sı ilə matçda yaşananlarla əlaqədar məsələyə ötən gün baxılıb. Lakin qərar, böyük ehtimalla, gələn həftə açıqlanacaq.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmada azarkeşlər meydana kənar əşyalar atıblar. Bu, Andalusiya təmsilçisinin futbolçusu Çiçaritonun 62-ci dəqiqədə hesabı açmasından sonra baş verib.

Oktyabrın 3-də Lüksemburqda "Düdelanj"la qarşılaşmada törədilmiş erməni təxribatına gəldikdə, UEFA hələlik hər hansı açıqlamasının olmadığını bildirib. Bu matçda isə "Qarabağ"ın vurduğu ikinci qoldan sonra "Jozi Bartel" stadionunun üzərinə dron vasitəsilə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilib. Nəticədə oyunda fasilə yaranıb və matç 24 dəqiqədən sonra davam etdirilib.

Qeyd edək ki, "Sevilya"ya 0:3 hesabı ilə uduzan "Qarabağ" "Düdelanj"ı məğlubiyyətə uğradıb - 4:1. UEFA hər iki matçda yaşanan insidentlərə oktyabrın 17-də baxacağını açıqlamışdı.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30