16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Yurçeviç: "Xorvatiyanın köməyimizə ehtiyacı yoxdur"

Millimizin xorvatiyalı baş məşqçisi Nikola Yurçeviç ölkəsinin mətbuatına müsahibə verib.

Futbolxeber.az saytının məlumatına görə, xorvat mütəxəssis bildirib ki, Avro-2020-nin seçmə mərhələsində Macarıstanla keçirilən görüşdə baş hakimin yalnış qərarı təkcə bizi bir xaldan məhrum etməyib, həm də Xorvatiyanın Avropa çempionatına vəsiqəni təmin etməsinə mane olub.

“Biz noyabrda Uels və Slovakiya ilə oyunlarda sona qədər mübarizə aparacağıq. Hakimlərin bu biabırçı qərarı bizə pis təsir etdi. Bəli, Macarıstan bizdən üstün oynadı, ancaq biz də təmiz qol vurduq. Hakimin bu səhvi olmasaydı, Xorvatiya Avropa çempionatına vəsiqə qazanacaqdı.

Oyundan sonra hakim mənə qərarının düzgünlüyünə əmin oduğunu dedi. Ancaq yarım saat sonra yaxınlaşaraq “Qolun təkrarına baxdım, səhv etmişəm, bağışlayın” dedi”.

Yurçeviç qeyd edib ki, Xorvatiya millimizin Slovakiya ilə oyununun nəticəsindən asılı olmayaraq qrup lideri kimi Avro-2020-yə vəsiqə qazanacaq: “Seçmə mərhələnin sonuna qədər mübarizə aparacağıq. Artıq şansımız yoxdur, ancaq əlimizdən gələni edəcəyik. Xorvatiyanın köməyimizə ehtiyacı olduğunu düşünmürəm. Onlar heç bir problem yaşamayacaqlar, qrupun ən yaxşı komandasıdır. Xorvatiya qrupda birinci olacaq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30