15 Mart 2026, Bazar günü
"Qarabağ" "Zirə"yə qalib gəldi
Andrey Demçenkodan qələbə şərhi
“Sumqayıt”dan azarkeşlərə jest
“Səbail” “Mingəçevir”ə qalib gəldi

Ölkə futbolu

“Azərbaycanın qolu sayılmadığına görə sevinməliyəm?”

“1:0 hesabı ilə qalib gəldik. Rəqibin qolu sayılmadığına görə sevinməliyəm? Ola bilsin, bəzi epizodlarda bəxtimiz gətirdi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Macarıstan yığmasının kapitanı Balaj Cucak AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində evdə Azərbaycan millisini 1:0 hesabı ilə məğlub etdikləri oyun haqda danışarkən deyib.

32 yaşlı hücumçu 71-ci dəqiqədə Dominik Nadla əvəzləndiyi epizodda baş məşqçi Marko Rossinin əlini sıxmaqdan imtina etməsinə şərh vermək istəməyib: “Bu barədə danışmaq istəmirəm. Bu həftə yetərincə problemimiz oldu. Oynamaq istəyirdim və bunun normal olduğunu düşünürəm. Ona görə də belə alındı. İlk yarıda üstünlüyə malik olsaq da, son ötürmələr ünvanına çatmırdı. İkinci yarıda sərgilənən futbol Uelslə Kardiffdəki görüşdə yetərli olmayacaq”.

Qeyd edək ki, oyunun baş hakimi Dennis Higler 90+4-cü dəqiqədə Bəhlul Mustafazadənin təmiz qolunu saymayıb. Hollandiyalı referi qarşılaşmadan sonra səhvinə görə üzr istəyib.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31