31 Oktyabr 2025, Cümə
"Kəpəz" 10 min manat cərimələndi
Millimiz Qazaxıstana qalib gəldi
Samir Abasovdan qələbə şərhi
Sadıqov: “Çox vacib 3 xal qazandıq”

Ölkə futbolu

Marko Rossi: “Xoşbəxtlikdən qol sayılmadı”

"75 dəqiqəni yaxşı keçirdik, sonra isə yorulduq. Rəqib bundan yararlanaraq qol vurdu. Xoşbəxtlikdən qol sayılmadı. Orada nə baş verdiyini görmədim. Bəxtimiz gətirdi".

Bunu Macarıstan yığmasının baş məşqçisi Marko Rossi evdə Azərbaycan millisinə 1:0 hesabı ilə qalib gəldikləri AVRO-2020-nin seçmə qrup matçından sonra mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis hamının Azərbaycan millisinə hörmətlə yanaşmalı olduqlarını vurğulayıb: "Onlar Xorvatiya ilə 1:1 hesablı heç-heçə ediblər, Uelsə son dəqiqələrdə qol buraxaraq uduzublar".

Rossi Xorvatiya ilə oyuna görə tənqid olunmalarına da diqqət çəkib: "Həmin görüşdə inanılmaz səhvlərə yol vermişdik. Amma çox güclü futbolçulara, dünyanın ikinci ən güclü komandasına qarşı çıxış etmişdik" (sport24.az).

 

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31