19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Macarıstan millisinin baş məşqçisi: “Azərbaycan yığması xeyli tərəqqiyə nail olub”

Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində sabah millimizi qəbul edəcək Macarıstan yığmasının baş məşqçisi Marko Rossi millinin təlim-məşq bazasında mətbuat konfransı keçirib. Futbolxeber.az saytının sport24.az-a istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bildirib.

- Start heyətini bugünkü məşqdən sonra müəyyənləşdirəcəm. Xorvatiyada böyük hesabla məğlub olsaq da, sabahkı görüşdə qələbə qazanmaq istəyirik. Azərbaycan yığması xeyli tərəqqiyə nail olub. Söhbət heç də Xorvatiyayla görüşün 1:1 başa çatmasından getmir. Azərbaycan oyun komponentlərində irəliləyib. Bu üzdən də əminəm ki, oyun çətin keçəcək.

- Azərbaycana qalib gəlməsəniz, AÇ-də nə işiniz var?

- Biz yalnız qələbə haqda düşünürük. Buna nail olsaq, Uelsdə bizi heç-heçə də qane edəcək. Ancaq bir daha qeyd edirəm ki, Azərbaycan xeyli tərəqqiyə nail olub və sabah işimiz asan olmayacaq.

- Xorvatiyaya məğlub olduqdan sonra demişdiniz ki, ən çətin vəzifəmiz psixoloji gərginlikdən qurtulmaq olacaq. Bu, alındımı və alındısa, hansı metodlardan istifadə etdiniz?

- Bəzi oyunçularda dərhal revanş hissinin yarandığını hiss etdim. Digərləri ilə də söhbətimiz oldu. Əlbəttə, hər bir oyunçunun beynində nələrin yaşandığını deyə bilmərəm. Psixoloji gərginliyi nə dərəcədə aradan qaldırdığımızı isə sabahkı görüşdən sonra biləcəyik.

- Sabahkı oyunda xidmatindən yararlana bilməyəcəyiniz futbolçular varmı?

- İxtiyarımızda olan bütün futbolçuların xidmətindən yararlana bilərik. İndi əsas müqam odur ki, uşaqlar bu məğlubiyyətdən düzgün dərs çıxarsınılar. Bu “gəminin kapitanı” mənəm və bütün nəticələrə məsul da mənəm.

- Sabah xal itkisinə məruz qalsanız, bu, sizin üçün faciə olacaq? Belə olacağı təqdirdə, millinin “sükanı arxası”nı boşaldacaqsınız?

- Macarıstanda hər kəs qələbə haqda düşünür. Bu baş verməsə, əlbəttə, məyus olacağıq. Aydın məsələdir ki, sabah büdrəsək, azarkeşlərimiz bundan razı qalmayacaq. Belədə, getməyimi istəyəcəkləri də təbiidir və məsuliyyəti üzərimə götürməyə hazıram.

- Azərbaycan millisinin artırdığını bildirdiniz. Bu artım nədən ibarətdi?

- Uelslə səfərdəki oyunda da basqılı və sürətli Azərbaycan gördük. Üstəlik, Eddi İsrafilov da qayıdıb. Bura digər mərkəz yarımmüdafiəçiləri - Qara Qarayev və Riçard Almeydanın da ağıllı oyunlarını əlavə edərdim. Eyni zamanda, sürətli Ramil Şeydayevləri var. Bütün hallarda, biz Azərbaycan yığmasını detallı şəkildə incələmişik.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31