19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

“Qəbələ” “Zirə”ni məğlub etdi

“Qəbələ” yoxlama oyunu keçirib.

Futbolxeber.az saytının məlumatına görə, milli komandaların qarşılaşmaları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilə dövründə hazırlığını davam etdirən “qırmızı-qaralar” “Zirə” ilə üz-üzə gəlib. Matç Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutub.

“Qəbələ”nin çalışdırıcısı Elmar Baxşıyev aşağıdakı start heyətinə şans verib: Tərlan Əhmədli, İviça Zuniç, Sadiq Quliyev, Qismət Alıyev, Yusif Nəbiyev, Asif Məmmədov, Fernan Lopez, Klesio Bauk, Ülvi İsgəndərov, Kristian Kuaku, Roman Hüseynov.

Qarşılıqlı hücumlarla keçən matçın ilk yarısı qolsuz başa çatıb. Fasilədən sonra Merab Qiqauri, Davit Volkov və Murad Musayev oyuna daxil olublar. Məhsuldar keçən ikinci hissənin əvvəlində Klesio Bauk hesabı açıb. Az keçməmiş mozambikli yarımmüdafiəçi rəqib qapısına daha bir dəfə yol tapıb. “Zirə” bu toplardan birinin əvəzini çıxa bilib.  Baxşıyev matçın sonlarında daha iki futbolçu - Vüsal Məsimovla Rüstəm Nuruyevə də şans verib.

Beləliklə, “Qəbələ” “Zirə” ilə yoxlama oyununda 2:1 hesabı ilə qalib gəlib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31