19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

“Zirə”nin legioneri: “Azərbaycanda təşkilatçılıq daha yaxşıdır”

"Azərbaycana gəlməsəniz, burada nəyin baş verdiyini anlamarsınız. Çox yaxşıdırlar. Bir həqiqəti deyim ki, bura ilə bağlı ağlımda olanlar tamam başqa idi və hamısı dəyişdi".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Zirə"nin üzvü Anastasios Papazoqlu deyib.

31 yaşlı müdafiəçi gazzetta.gr saytına müsahibəsində Bakının gözəl şəhər olduğunu bildirib: "Burada olduğum üçün çox şadam. Həyat keyfiyyəti çox yaxşıdır. Hər yerdə inkişaf var. Belə davam edərsən, 4-5 il sonra Dubaya çeviriləcəyini düşünürəm".

Yunanıstanlı oyunçu şəhərdəki insanların ona qarşı xoş rəftarından da söz açıb: "İlk andan buradakı insanlar məni rahat hiss etdirdilər. Hər gün mənə kömək edirlər. Deyə bilərəm ki, asanlıqla uyğunlaşdım".

Papazoqlu çempionatın səviyyəsi və şəxsi hədəfləri ilə bağlı da danışıb: "Bura Yunanıstandan fərqlidir. Ancaq səviyyə daim yüksəlir. Yunanıstanda zəif olan təşkilatçılıq burada yaxşıdır. Şəxsi hədəflərim komandanın çempionatı ilk "dördlük"də başa vurmasına kömək etməkdir. Buna görə komandaya gəldim. Avropada çıxış etmək niyyətindəyik. Komandanın məqsədi budur".

Müdafiəçi "Yunanıstana qayıtmağı düşünürsünüzmü" sualına belə cavab verib: "Hazırda belə düşünmürəm. Bu, mənim planlarıma daxil deyil. Ancaq heç vaxt gələcəkdə nələrin baş verə biləcəyini bilmirsən".

Qeyd edək ki, Anastasios Papazoqlu bu ilin yayında "Zirə" ilə bir illik müqavilə imzalayıb. O, karyerası ərzində Kiprin APOEL və ölkəsinin "Olimpiakos" klubunun da formasını geyinib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31