Ölkə futbolu
"Bəhreynlə yoldaşlıq görüşü Azərbaycan millisinə xeyir verəcək"
"Milli komandalarımızın hər biri bizim üçün vacibdir. U-21 Fransada, U-19 Çexiyada, əsas millimiz isə Bəhreyndədir. Hər birinə uğurlar arzulayıram".
Bunu "Report"a açıqlamasında AFFA-nın texniki direktoru Bernhard Lippertin müavini Yunis Hüseynov deyib.
54 yaşlı mütəxəssis hazırda bütün yığmaların oyunları ilə bağlı proqnoz verməkdə çətinlik çəkdiyini bildirib: "İndi bir söz demək olmur. Oyunlar bitəndən sonra ətraflı danışmaq olar. Əsas milli komandaya gəlincə, inanırıq ki, səfər matçlarından yaxşı nəticə ilə qayıdacaqlar. Hamıya bəllidir ki, son seçmə mərhələ matçında Xorvatiya kimi komanda ilə heç-heçə etdik. Ona görə də motivasiya yüksəkdir".
Hüseynov Macarıstanla oyundan öncə yoldaşlıq görüşü üçün məhz Bəhreynin seçilməsinə də münasibət bildirib: "Hər bir yoxlama matçı komanda və futbolçular üçün vacibdir. Hazırda rəqib tapmaq çətindir. Bəhreyn isə əvvəlcədən seçilib. Yığmaların çoxu rəsmi matçlar keçirir. Hər bir yoldaşlıq görüşü kimi, inanıram ki, bu da bizim yığmaya xeyir verəcək. Nə qədər çox oyun olsa, o qədər yaxşıdır. Bunu tək əsas yığma üçün demirəm. U-19 və U-21 də bura aiddir. İnanıram ki, bugünkü matçın qazancı yaxşı nəticə olacaq".
Məşqçi hər bir qarşılaşmanın çətin olduğunu sözlərinə əlavə edib: "Milli komanda bu matçlardan sonra sərfəli nəticə ilə qayıda bilər".
Komandadakı cəzalı və zədəli oyunçular barədə də danışan mütəxəssis itkilərin ciddi olduğunu söyləyib. Hüseynov həmçinin Rusiya "Dinamo"sunda çıxış edən Ramil Şeydayevin durumu barədə fikirlərini deyib: "Şeydayev öz klubunda son oyunlarda meydanda olmur. Amma demək olar ki, yığmanın bütün görüşlərində çıxış edib və özünü yaxşı tərəfdən göstərib. Bunu unutmaq lazım deyil. Maksim Medvedev, Anton Krivotsyuk və Dmitri Nazarov zədəlidir. Təbii ki, bunlar da ciddi itkidir. Səlahət Ağayev və Mahir Emreli son oyunlarda zədələndi. Emreli yığmanın əsas futbolçularındandır. İnanıram ki, onun yerini tutan hər bir futbolçu millidə özünü yaxşı tərəfdən göstərmək istəyəcək".
Hüseynov Nikola Yurçeviçin yığmadakı taleyi ilə bağlı danışmaq istəmədiyini vurğulayıb: "Qarşıdakı oyunlardan çox şey asılı olacaq. Əlbəttə, yaxşı nəticə qazanan baş məşqçi ilə yola davam etmək lazımdır".
Qeyd edək ki, Azərbaycan millisi Bəhreynlə yoldaşlıq görüşünə bu gün çıxacaq. Bəhreyn Milli Stadionundakı matç Bakı vaxtı ilə saat 20:30-da başlanacaq. Macarıstanla AVRO-2020-nin seçmə oyunu isə oktyabrın 13-də Budapeştdəki "Groupama" stadionunda olacaq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
23:56
Millimiz Çexiyaya məğlub oldu
-
22:47
"Sumqayıt"dan əzmkar qələbə VİDEO
-
22:09
Kandido: “Qələbəyə layiq idik”
-
21:30
Maksimov məğlubiyyəti şərh etdi
-
20:58
"Şamaxı" və "Sumqayıt"dan qələbə
-
20:13
Şamaxıda 5 qol VİDEO
-
18:24
Azərbaycanı Avropa çempionatında 21 boksçu təmsil edəcək
-
18:02
"Sumqayıt" - "Araz-Naxçıvan": Heyətlər müəyyənləşdi
-
17:45
Azər Bağırov: “Bu qələbəni yol qəzasında həyatını itirən gənc futbolçumuza həsr edirəm”
-
16:31
“Neftçi”dən azarkeşlərlə bağlı açıqlama: bilet və stadiona giriş barədə
-
16:16
FIFA U-20 dünya çempionatı 2027-nin rəsmi brendini təqdim edib
-
15:49
DÇ: U-23 minifutbol millimiz yarımfinalında uduzdu
-
14:57
AFFA 6 komandaya texniki məğlubiyyət verib
-
14:38
AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
-
14:14
UEFA reytinqi: Azərbaycan klubları neçəncidir?
-
13:43
AFFA həkimi olmayan klubları cərimələdi
-
13:22
Şamaxıda heyətlər açıqlandı
-
13:05
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
-
12:51
"Qarabağ"ın akademiyasında maarifləndirici seminar keçirilib
-
12:30
"Səbail" Zaqataladan 3 xalla qayıtdı VİDEO
-
12:19
Voleybol millimiz yoxlama oyununda qələbə qazanıb
-
11:46
"Trabzonspor"dan 4 qollu qələbə VİDEO
-
11:27
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:08
"Mlan"dan darmadağın VİDEO
-
10:53
Daha bir güləşçimiz dünya çempionatında finalda uduzdu
-
10:34
"Beşiktaş" Almaniyadan qələbə ilə qayıtdı VİDEO
-
10:12
Əliyar Ağayev Niderlandda heç-heçə şahidlik etdi
-
09:45
Muradın komandası “Atalanta” ilə bacarmadı
-
09:21
Elçin Məsiyevin idarə etdiyi oyunda “Omoniya” sevindi
-
09:00
Zamiq ehtiyatda qaldı, komandası Konfrans Liqasında ilk xalını qazandı
-
22:03
“Sumqayıt” “Araz-Naxçıvan”la oyuna hazırdır FOTOLENT
-
21:29
Dünya çempionatı: Minifutbol millimizin yarımfinaldakı rəqibi bilindi
-
20:38
Çempionlar Liqasında həftənin oyunçusu o seçildi
-
19:54
I Liqa: Liderdən gözlənilməz məğlubiyyət, “Səbail”dən qələbə
-
18:47
“Sumqayıt”ın heyətində ciddi itkilər
-
18:15
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
-
18:00
Çempionlar Liqasında rekord qeydə alınıb
-
17:36
“İnter”də ciddi itki
-
16:51
“Neftçi” “Qarabağ”la oyundan öncə azarkeşlərə müraciət etdi
-
16:29
Asiya Açıq Turnirində Azərbaycanı 27 cüdoçu təmsil edəcək
-
15:13
Azərbaycan komandası TeamGym üzrə Avropa çempionatında finala vəsiqə qazanıb
-
14:48
U-23 minifutbol millimiz dünya çempionatının pley-offunda
-
14:32
İtaliya klubunda yeni baş məşqçi
-
13:54
Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda çıxış edəcək
-
13:00
Futzal millimizin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
-
12:47
Azərbaycan klubu braziliyalı legionerlə güclənib
-
12:25
Azərbaycanı dünya çempionatında 9 boksçu təmsil edəcək
-
11:56
"Qarabağ" "Neftçi" ilə oyuna hazırlaşır FOTOLENT
-
11:31
Azərbaycan kayakçı və kanoeçiləri beynəlxalq yarışda 4 medal qazanıblar
-
11:09
“Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
16.10.2026
15.10.2026
























