21 Fevral 2026, Şənbə
Kurban Berdiyevdən qələbə şərhi
“Komandada çaşqınlıq var idi”
Millimiz darmadağın oldu
XXI turun hakim təyinatları

Ölkə futbolu

UEFA-dan hakimlərimizə təyinat

FIFA referisi Əliyar Ağayev Avro-2020-in seçmə mərhələsinin oyununa təyinat alıb.

Futbolxeber.az saytının məlumatına görə, o, Farer adaları - Rumıniya qarşılaşmasını idarə edəcək. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Matçın dördüncü hakimi funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.

F qrupunda keçiriləcək Farer adaları - Rumıniya matçı oktyabrın 12-də olacaq.

Digər FİFA referimiz Rauf Cabbarov isə 21 yaşadək futbolçulardan ibarət milli komandaların Avropa çempionatının oyununa təyinat alıb. O, Estoniya və Latviya yığmaları arasında keçiriləcək görüşün baş hakimi olacaq. Cabbarova Namiq Hüseynov və Rza Məmmədov kömək edəcək. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.

Estoniya - Latviya matçı oktyabrın 11-də keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28