25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Millimiz Bəhreynə yollandı

Azərbaycan milli komandası Bəhreynə yola düşüb.

Futbolxeber.az saytının məlumatına görə, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv bu gün saat 11:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan paytaxt Manamaya uçub. Komanda təxminən 3 saat sonra Bəhreyn paytaxtına çatacaq.

Səfərə 23 futbolçu ilə çıxan Azərbaycan millisi oktyabrın 9-da Bəhreyn yığması ilə yoldaşlıq oyunu keçirəcək. Bəhreyn Milli Stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.

Milli komanda həmin matçdan dərhal sonra AVRO-2020-nin seçmə mərhələsinin Macarıstanla oyunu üçün Budapeştə üz tutacaq. Bu rəqiblə görüş isə oktyabrın 13-də "Groupama Arena"da olacaq və saat 20:00-da başlanacaq.

Qeyd edək ki, Maksim Medvedev, Anton Krivotsyuk və Dmitri Nazarov cəzalı olduqları üçün toplanışa çağırılmayıblar. Səlahət Ağayev və Mahir Emreli isə zədəli olduqları üçün yığmadan kənarda qalıblar.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30