28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Bordin: “Səhvimiz 3-cü qolu vurmamağımız oldu”

“Neftçi”nin baş məşqçisi Roberto Bordin  Azərbaycan Premyer Liqasının I dövrəsinin son turunda “Səbail”i evdə 2:1 hesabıyla məğlub edtikləri matçdan sonra mətbuat konfransı keçirib. Futbolxeber.az saytının məlumatına görə, italiyalı mütəxəssis əvvəlcə matçı şərh edib.

- Futbolçularımı təbrik edirəm. Oyuna yanaşmaları çox yaxşı idi. Birinci hissəni çox yaxşı keçirdik. Müxtəlif cür təhlükəli vəziyyətlər yaratdıq. Təkcə standart vəziyyətləri qeyd etmək düzgün olmaz. İkinci hissədə də irəli atıldıq, daha bir qol vurmaq istəyirdik. Risk etdik, nəticədə qapımızda bir qol gördük. Rəqibin qoluna qədər yaratdığımız qol vəziyyətlərindən yararlanmalı idik. Səhvimiz 3-cü qolu vurmamağımız oldu.

- Düşünmürsünüz ki, Mustivar həddən artıq çox səhvə yol verdi?

- Bütün komandanın çıxışından razı qaldım. Mustivar bəzən ötürmələrdə çox səhvlər etdi. Amma bu o demək deyil ki, oyununun üstündən xətt çəkmək lazımdı. Zonaları bağlamaqda, komanda yoldaşlarını sığortalamaqda çox yaxşı idi. Hətta bir epizodda komandamızı xilas etdi. Oyunda texniki səhvlərdən çox oyun epizodlarına üstünlük verirəm.

- Ardıcıl ikinci inamlı qələbəni qazandınız. Demək olarmı ki, komanda psixoloji məngənədən çıxdı?

- Həmin durumdan çıxdığmızı demək tezdi. Bunu ötən turdan sonra da demişdim. Yaramızı sağaltmağa və düşdüyümüz durumdan yavaş-yavaş çıxmağa çalışırıq. Oyundan-oyuna komanda özünə gəlir.

- Növbəti oyundan sonra “yaranızı bir az da sağaltdıq” demək üçün nə lazımdı?

- Hər matçda buraxılan səhvlərdən və neqativ hallardan nəticə çıxarmalıyıq. Bu gün etdiyimiz səhvlərin üzərində işləyəcəyik. Çox çalışmaqla yaranı daha çox sağalda bilərik. Növbəti oyunda hücumda daha kəsərli olmalıyıq. Bu qədər qol vəziyyətlərindən yararlanmamaq problemdi.

- Fasilədə əvəzlənən Səlahət Ağayevin durumu nə yerdədi?

- Qasıq nahiyəsində ağrılar çox olduğu üçün oyunu davam etdirə bilmədi. Hazırda nəsə demək çətindi. Müayinənin nəticəsi göstərəcək.

- İkihəftəlik fasilə yüksəlişdə olan komandanın xeyrinədi, yoxsa ziyanına?

- Bu oyundan sonra futbolçulara bir neçə günlük istirahət veriləcək. Ondan sonra əlimizdə çox oyunçu olmayacaq. Onlarla fiziki cəhətdən formamızı yaxşılaşdırmağa çalışacağıq.

- Adətən qalib heyəti dəyişmirlər. “Qəbələ”yə qarşı yaxşı çıxış edən Tural Axundovun bu gün meydanda olmaması nə ilə bağlı idi?

- Bəli, belə bir deyim var. Amma bu, qanun deyil. Mövsümboyu heyəti dəyişməsən futbolçulara ciddi zərər vurar. Tural Qəbələdə yaxşı çıxış etdi, qol da vurdu. Heyətdə çox oyunçu olduğundan, dəyişikliklərə əl atıram. Həftəboyu məşqlərdən və rəqibdən asılı heyət qurulur. Turalla hansısa problemim yoxdu. Məşqçilər korpusu bu dəfə belə qərar verdi.

- Stankoviçlə Mbodju bir yerdə görə biləcəyikmi? Yoxsa bu ikilinin birlikdə çıxışının faydalı olmayacağını düşünürsünüz?

- Hər oyuna eyni heyətlə çıxmırıq. Bu da rəqibin oyun üslubundan asılıdı. Çempionatda həmçinin limit də var. Bu gün Stankoviçlə Anton cütlüyünə üstünlük verdim. Gələn oyunda fərqli ola bilər.

- Dabo zədəli olduğu üçün oynamırdı, yoxsa axşam sosial şəbəkədə hansısa statusunu görə bilərik?

- Zədəli olsaydı, ehtiyatda oturmazdı. Kənarda futbolçu varsa, deməli, zədəli deyil, hər an oynaya bilər. Sosial şəbəkə futbolçuların şəxsi işidi.

- Hakimliklə bağlı müəyyən narazılıqlar var idi...

- Sizin suallarınız sanki polemika üçündü. Mənim narazılığımı harda gördünüz? Belə sualların mənası yoxdu.

- Oyunboyu Darioya tez-tez irad bildirirdiniz. Ondan narazılığınız nə idi?

- Bəzi epizodlarda Dario rəqibin oyunçusunu bağlamırdı, mən də onun yadına salırdım. Darionun adını hər dəfə dilə gətirirəmsə, o demək deyil ki, neqativ cəhətlərə görə səslənirəm. Təkcə ona deyil, digər futbolçulara da səslənirəm ki, ayıq olsunlar.

- Limiti qeyd etdiniz. Son vaxtlar limit məsələsi çox müzakirə olunur. Siz də limitin ləğvinin tərəfdarısınız, yoxsa milli komanda naminə belə qalmasını düzgün sayırsınız?

- Limitlə bağlı heç bir şikayətim yoxdu. Fikrimcə, performansı yüksək olan futbolçu meydanda olmalıdı. Bunun azərbaycanlı və ya əcnəbi olmasının fərqi yoxdu. Bəzən 6-7 azərbaycanlı ilə çıxış etmişik. Bu da performansla bağlıdı. Həftəboyu hansı daha yaxşı məşq edir, ona da üstünlük verirəm.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31