Ölkə futbolu
Rəşad Sadıqov: “Çalışdıq ki, əski parçası yerə düşməsin”
“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsinin II turunda səfərdə Lüksemburqun "Düdelanj" klubuna 4:1 hesabı ilə qalib gəldikləri oyundan sonra müsahibə verib. Futbolxeber.az saytının məlumatına görə, təcrübəli müdafiəçi əvvəlcə matç haqda danışıb.
- Həqiqətən də gözlənilməz nəticə oldu. Rəqib ilk oyunda APOEL-i 4:3 hesabı ilə udmuşdu. Çox ciddi hazırlaşmışdıq. İlk dəqiqələrdən aqressiv oynamağa çalışdıq. Rəqibə oynamağa imkan verməmək istədik. Çünki topla rəftar edən komandadır. Kifayət qədər qol şansları oldu. Mühüm olan qələbədir. Böyük hesabla qalib gəlmək önəmlidir. Çünki ilk turda 0:3 hesabı ilə uduzmuşduq.
- Son matçlarda çıxış etmirdiniz. Bunun səbəbi nə idi?
- Xəstələnmişdim. Bakıda virus dolaşır. Məşqlərdən kənarda idim. Qurban müəllim hər oyunçunun tam hazır olmasını istəyir. Bu, onun iş prinsiplərindən biridir. Mənə nə zaman etimad göstərsə, meydana çıxmağa hazıram. Şans verdi və bundan istifadə etməyə çalışdım.
- İkinci qoldan sonra təxribata əl atıldı. Həmin anlar barədə fikirləriniz necədir?
- Gözlənilməz oldu. İkinci qoldan sonra gördüm ki, qapımızın üstündən dron uçur və üzərində bayraq var. Bayraq dedim, bunu əski adlandırardım. Onun dalınca qaçmağa başladım ki, o yerə enməsin. Heç enmədi də. Hakimə yaxınlaşdıq ki, bu yerə enməməlidir. Hakim dedi ki, sizi başa düşürəm, amma meydandan çıxmalısınız. Əvvəlcədən razılaşmırdıq. İstəmirdik ki, yerə ensin. Hakim (Con Biton) də anlayan insan idi. Bizə qarşı sərt olmadı. Çalışdıq ki, əski parçası yerə düşməsin. Fasilə elan verildi. Lüksemburqun idman naziri bizdən üzr istədi. Ona dedik ki bu, həsas məsələdir. Qondarma bayraq qalxsa, oynamayacağımızı bildirdik. Qurban müəllim bizimlə söhbət etdi. O dedi ki, təxribat bizə təsir etməməlidir və bizim üçün 3 xal önəmlidir. Aqressiya olmadan oyuna davam etməli idik. Hakim bizə son xəbərdarlığı etdi ki, belə şey olsa, oyunu dayandıracağam. Fasilədən sonra qırmızı və sarı vərəqələr almadıq. Çox legionerimiz olsa da, onlar da bu məsələyə ciddi yanaşdı. İkinci hissədə bu hal təkrarlanmadı. Konsentrasiyamız pozulmadı. Hamı var qüvvəsi ilə mübarizə apardı.
- Bir an hamı azərbaycanlı azarkeşlər tərəfə getdi.
- O məqamlar çox qarışıq idi. Bizi də itələyirdilər. Ehtiyat oyunçular ora getmişdi. Çalışdıq ki sakitləşək, paltardəyişmə otağına gedək. Hər jest və əl hərəkəti vərəqə ilə nəticələnir.
- Bu qələbə ilə qrupdan çıxmaq yolunda inamlı addım atdınız?
- Hamı qrupdan çıxmaqdan danışır. Kimsə “Qarabağ”ı sevirsə, qrupdan çıxmağını istəyirsə, bu barədə danışmasın. Qarşıdakı oyunlarla bağlı fikir bildirsinlər. Futbol ictimaiyyəti, azarkeşlər və futbolçular APOEL-lə oyunu düşünməlidir. Qrupdan çıxmağı fikirləşməsinlər. Bu, hamıya aiddir. Hər oyuna final kimi yanaşmalıyıq. Qrupdan çıxmağı düşünmək yalnız komandanın ziyanına olacaq. Oyunda-oyuna fikirləşməliyik (qol.az).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Kevin Medina millimizin sabiq üzvü ilə komanda yoldaşı oldu - EKSKLÜZİV
- Xarici saytlar AFFA-nın yalanını üzə çıxardı - FOTO FAKT
- Almaniya DÇ-2026 ilə vidalaşdı
- Adil Şükürov “Sumqayıt”la anlaşdı
- “Fabritsio Romano “Qarabağ”a transferimi paylaşmaqda gecikdi”
- Kanada millisindən tarixi nəticə
- “Şəfa”da xaos: rəhbərliklə baş məşqçi arasında ciddi narazılıq yaranıb
- “Kəpəz”lə razılaşmışdı, “Osiyek”i seçdi
- Bu legioner “Qarabağ”dan gedir – Asiyadan sərfəli təklif alıb - ÖZƏL
- PFL I və II Liqanın başlama tarixini açıqladı
- “Neftçi” növbəti səs-küylü transferə hazırlaşır
- "Qarabağ"ın rəqibi bəlli oldu
- “Ferentsvaroş”un baş məşqçisi: “Qarabağ” elə intensiv futbol oynadı ki...”
- “Turan Tovuz” “Zenit”in sabiq qapıçısını transfer edir - ÖZƏL
- “Qarabağ” milli üzvünün yolunu gözləyir?
-
23:06
DÇ-2026-da ilk 1/4 finalçı müəyyənləşdi
-
22:38
“Qarabağ”dan “Şahdağ Qusar”a keçdi
-
21:53
"Turan Tovuz"da yeni qapıçı
-
16:29
"Səbail"dən növbəti transfer
-
15:42
"İmişli"də daha bir ayrılıq
-
14:15
Modriç "Milan"da qalır
-
14:00
"Kəpəz" "Qəbələ" ilə qarşılaşacaq
-
13:31
"İmişli" Hüseynəli Quliyevlə yolları ayırdığını açıqlayıb
-
12:57
"Xankəndi" baş məşqçisi ilə bağlı qərar verdi
-
12:24
Kolumbiya Qananı mundialdan kənarlaşdırdı VİDEO
-
11:48
Qazaxın Daş Salahlı kəndində yeni sərbəst güləş zalı istifadəyə verilib
-
11:16
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:53
Çexiya klubu “Turan Tovuz”un aqibətini yaşadı, “Qarabağ”ın yolu asanlaşdı
-
10:39
DÇ-2026: 1/8 finalın bütün cütləri
-
10:21
Argentina əlavə vaxtda sevindi VİDEO
-
10:02
"Şamaxı"nın daha bir rəqibi müəyyənləşdi
-
09:45
Misir penaltilərlə mərhələ adladı VİDEO
-
22:33
"Sumqayıt"da braziliyalı qapıçı
-
21:54
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı
-
20:09
"Zirə"dən yeni transfer
-
19:42
Stolüstü tennis üzrə Respublika birinciliyinin qalibləri müəyyənləşib
-
19:15
"Araz-Naxçıvan"da yeni baş məşqçi təyinatı
-
18:30
“Bavariya” “Ayntraxt”ın müdafiəçisi ilə gücləndi
-
17:51
Alleqri rəsmən “Napoli”də
-
17:27
“Qarabağ”dan bu yayın 7-ci transferi
-
17:16
Bakıdakı cüdo üzrə dünya çempionatının rəsmi loqosu təqdim edilib
-
16:48
“Ferentsvaroş”un müdafiəçisi “Qarabağ”ın hədəfində
-
16:03
“Qarabağ” - “Vestri” oyununun biletləri satışda
-
15:34
Cavid Hüseynovun köməkçiləri müəyyənləşdi
-
14:52
Yeni klubu Medinanı təqdim etdi
-
14:29
"Kəpəz"in İdarə Heyətinə yeni sədr seçilib
-
13:47
“Qarabağ”ın yeni transferi Bakıdadır
-
13:31
Avropa çempionatında Azərbaycanı təmsil edəcək güləşçilər açıqlanıb
-
13:15
"Şəfa" hazırlığa start verdi
-
12:50
AMADA yeniyetmə idmançılar üçün maarifləndirici tədbir keçirib
-
12:26
Avropa çempionatının kubokunun Bakıda təqdimat mərasimi keçiriləcək
-
12:08
Azərbaycanın 10 atleti Balkan çempionatında mübarizə aparacaq
-
11:43
“Qarabağ”ın hücumçusu “Seltik”in transfer siyahısında
-
11:14
İspaniya Avstriyaya şans tanımadı VİDEO
-
10:52
Millimizin futbolçusu İsrail klubuna icarəyə verildi
-
10:39
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:21
Portuqaliya - Xorvatiya matçında triller VİDEO
-
10:07
DÇ-2026: 1/8 finalın 6 cürü məlumdur
-
09:45
"Neftçi" - "ÇFR Kluj" matçında 3 qol VİDEO
-
23:53
Vernidub: “Növbəti oyunlarda daha fərqli, sürətli və hərəkətli komanda görəcəyik”
-
23:36
Millimiz Lüksemburqa qalib gəldi
-
22:18
“Neftçi” “ÇFR Kluj”a məğlub oldu
-
21:22
"İmişli" yeni baş məşqçisini açıqladı
-
21:09
Andrade qol vurdu, "Sabah"dan böyükhesablı məğlubiyyət
-
20:55
Mustafayev daha 2 il "Sumqayıt"da
04.07.2026
03.07.2026
02.07.2026























