25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

“Qəbələ"nin APOEL-i keçməsi mümkünsüz deyil”

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsi çərçivəsində ilk oyununu sabah keçirəcək.

Futbolxeber.az saytının məlumatına görə, komandanın baş məşqçisi Famil Xəlilov Kiprin APOEL klubu ilə səfər matçı öncəsi fikirlərini gabalafc.az-a açıqlayıb:

“APOEL müəyyən təcrübəyə malik komandadır. Rəqibi analiz edib, təhlillər aparmışıq. Kipr təmsilçisi bizim qədər hazırlıqlı, mərhələ keçmək üçün istəklidir. Bu rəqibi adlamaq çətin olsa da, mümkünsüz deyil. Mərhələni keçmək üçün əlimizdən gələni etməyə çalışacağıq”.

Xəlilov komandanın hazırlıq durumunu da dəyərləndirib: “Kiprdəki ilk matça istədiyimiz heyəti gətirə bilmişik. Komandada zədəli futbolçu yoxdur. UEFA Gənclər Liqasına taktiki, texniki cəhətdən yaxşı hazırlaşmışıq. Belə oyunlarda psixoloji hazırlıq ən vacib məqamlardandır. İnanıram ki, komanda bu baxımdan da tam hazırdır. Çünki oyunçular harada olduqlarını, nə istədiklərini yaxşı bilirlər. Futbolçular mərhələ keçmək üçün oyuna yaxşı kökləniblər”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30