29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Qəbələ”nin baş məşqçisi: “APOEL erməni təxribatına qarşı nəzarətçilər ayırıb”

“Səfər oyunlarında qol vurmaq önəm kəsb edir. Müdafiədə oturmaq niyyətimiz yoxdur. Kiprdə hücum futbolu oynamağı düşünürük”.

Bunu UEFA Gənclər Liqasının I mərhələsində Kiprdə APOEL-in qonağı olacaq “Qəbələ”nin baş məqçisi Famil Xəlilov deyib.

36 yaşlı mütəxəssis bildirib ki, oyuna yaxşı hazırlaşıblar: “Səfərdə qol vurmaq istəyirlər. İnanıram ki, komanda bunu bacaracaq və vətənə sərfəli nəticə ilə dönəcəyik. Komandamız oyuna çox yaxşı hazırlaşıb. Dünən burada günün ikinci yarısında məşqə çıxmışıq. Bu gün də bir məşqimiz olacaq. Belə matçlar üçün ən önəmli olan psixoloji hazırlıqdır ki, bu baxımdan problem yoxdur. Futbolçularımız harada olduqlarını və nəticənin nə qədər önəm kəsb etdiyini bilirlər. Oyuna taktiki-texniki cəhətdən də yaxşı hazırlaşmışıq. Rəqib müəyyən təcrübəyə malik komandadır. Onlar da mərhələni keçmək istəyirlər”.

“Qarabağ” bu ilin avqustunda UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində APOEL-in əsas komandası ilə oyun üçün Kiprə səfər edən zaman erməni təxribatı ilə üzləşib. Xəlilov Nikosiya təmsilçisinin bu cür halların baş verməməsi üçün tədbir gördüyünü söyləyib: “Artıq bir gündür buradayıq. Heç bir neqativ halla rastlaşmamışıq. APOEL rəhbərliyi bu işin üzərinə çox ciddi düşüb və komandaya nəzarətçilər ayırıblar. Məşqlərə rahat gedib-gəlirik, heç bir neqativ hal baş verməyib. Komanda ilə birgə şəhər gəzintisində də olmuşuq”.

Qeyd edək ki, oktyabrın 2-də Nikosiyadakı “Makarion” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq (“Report”).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31