25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Tərlan Əhmədov: “Heç kimdən zəif deyilik”

"Hər iki komandada gərginlik vardı, bunu əsasən də ikinci hissədə öz komandada gördüm. Fasilədə taktiki gedişlərdə bəzi dəyişiklik etdik, bunun da bəhrəsini gördük".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 6-cı turunda bu gün "Zirə" ilə keçirilən oyundan (2:0) sonra mətbuat konfransında deyib.

- Yaxşı oyun göstərərək, vacib 3 xal qazandıq. Hər iki komandanın ifasında yaxşı oyun oldu. Daha istəkli, daha yaxşı oyun göstərmək istəyirik. Futbolçuları təbrik edirəm.

- Futbolçular naharda nə yemişdilər?

- Biz komandamızı sözlə motivasiya edirik. Bu motivasiyanın da əsası odur ki, biz heç kimdən zəif deyilik.

- Deyəsən, bu sxemlə ilk dəfə çıxış edirdiz.

- Həftə ərzində məşqlərə baxıb, futbolçuları analiz edirik. Artıq komandada rəqabət var. Ruslan Qurbanovun təcrübəsindən istifadə edib, hücumun sonluğunu gətirmək üçün belə üsula əl atmışdıq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30