26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Qəbələ" - "Neftçi": 50-ci duel

“Qəbələ” bu gün növbəti oyununu keçirəcək.

Futboxeber.az saytının məlumatına görə, “Qırmızı-qaralar” Azərbaycan Premyer Liqasında “Neftçi” ilə qarşılaşacaq. VI turun görüşü Qəbələ şəhər stadionunda baş tutacaq.

Bu, iki komanda arasında yubiley - 50-ci oyun olacaq. “Qəbələ” indiyədək 49 dəfə “Neftçi” ilə üz-üzə gəlib. 17 qələbə və 12 heç-heçəsi olan komanda 20 dəfə uduzub. 128 qolun vurulduğu matçlarda hər iki komanda eyni sayda - 64 dəfə fərqlənib.

Premyer Liqada 45-ci dəfə qarşılaşacaq rəqiblər 5 oyunu Azərbaycan kuboku çərçivəsində keçiriblər. Çempionatdakı 44 oyunda “Qəbələ” 16 dəfə üç, 9 dəfə bir xal əldə edib. 19 matç isə bakılıların qələbəsi ilə başa çatıb. Premyer Liqadakı top fərqində də bakılılar öndədir - 58:57.

25-ci dəfə “ağ-qaralar”ı qəbul edəcək “Qəbələ” evdə 8 qələbə qazanıb. Qonaqlar isə 11 matçdan qalib ayrılıblar. Digər 5 görüşdə sülh qeydə alınıb. “Qəbələ”nin ev oyunlarında 65 qol vurulub. “Qırmızı-qaralar” 34, paytaxt təmsilçisi 31 dəfə rəqib qapısına yol tapıb (gabalafc.az).

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30