10 Iyul 2020, Cümə
“Sabah”da ispan baş məşqçi
ÇL: mövsümün son püşkü
"Neftçi"də yeni məşqçi təyinatı
Aleksey İsayev "Sabah"da

Ölkə futbolu

Qurban Qurbanov: “Səfərdə "Düdelanj"a qalib gəlmək istəyirik”

“Futbolçularımı təbrik edirəm. Çox ağır qrafikdəyik. Futbolçuları hər oyuna motivasiya etmək çətindi. Həm fiziki, həm də psixoloji yorğunluq var. Bu gün bunu hiss etdim və normal qəbul edirəm”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqanın 6-cı turunda evdə "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra söyləyib.

Təcrübəli mütəxəssis Mahir Emreli və Rəşad Sadıqovun durumuna da aydınlıq gətirib:

"Mahir Emrelinin həmin görüşə qədər fiziki durumuna baxacağıq. Rəşad Sadıqovun bir az qızdırması vardı. Ona görə bu gün meydana buraxmadıq. Onunla bağlı problem yoxdur. Səfərdə qalib gəlmək istəyirik. "Düdelanj"ın Kiprdə APOEL-i 4:3 hesabı ilə məğlub etməsi bizə ciddi düşünməyə əsas verir. Bütün oyunlara qələbə üçün çıxırıq. Rəqib buna nə qədər imkan verəcək, bunu zaman göstərəcək".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2020
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31