19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Neftçi” zirvədən düşdü

Azərbaycan Premyer Liqasının V turunda əlamətdar hadisə qeydə alınıb.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, ölkə çempionatları tarixinin ümumi cədvəlində lider dəyişib.

1992-ci ildən keçirilən yarışın cədvəlində uzun illər lider olan “Neftçi” ilk pilləni əldən verib. Zirvəyə Premyer Liqada son 6 mövsümün çempionu “Qarabağ” yüksəlib.

V turda “Zirə”ni 3:1 hesabı ilə yenən Ağdam klubu qələbəyə görə üç xal prinsipi ilə hesablanan cədvəldəki xalını 1496-ya çatdırıb. Eyni sayda - 782 matç keçirən “Neftçi” isə bir xal geri qalır.

Qeyd edək ki, “Qarabağ” 782 oyunda 439 qələbə qazanıb, 179 heç-heçə edib və 164 dəfə uduzub. “Neftçi” isə 441 qələbə qazanıb, 172 heç-heçə edib və 169 dəfə məğlub olub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30