20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Tale Heydərov açıqladı: Ronaldinyo Akademiyası nə vaxt istifadəyə veriləcək?

"Hamıya idman nailiyyətlərimizi göstərmək üçün Qəbələ Futbol Akademiyasını təsis etdik.  Fəxrlə deyə bilərəm ki, akademiyada işlərin çətinliyinə baxmayaraq burada yetişən  oyunçular idmanda ən yaxşısını ediblər və son illərdə bir çoxları Azərbaycan yığmasının heyətinə də çağırılıblar".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qəbələ" klubunun sabiq prezidenti Tale Heydərov "Emerging Europe” nəşrindəki yazısında bildirib.

O, Azərbaycanda fəaliyyət göstərəcəyi gözlənilən Ronaldinyo Futbol Akademiyası ilə bağlı da danışıb. Qeyd edib ki, akademiyanın açılışı gələn ilin əvvəlinə planlaşıdırılır:

"Qəbələ” Futbol Akademiyasının uğurları əfsanəvi Ronaldinyonun Azərbaycanda ilk futbol akademiyasını açmaq üçün bizimlə əməkdaşlıq etməsində həlledici rol oynadı. Ronaldinyo Futbol Akademiyası unikaldır, orada bütün istedadlı gənc futbolçulara yüksək keyfiyyətdə məşq keçiləcək. Akademiyanın 2020-ci ilin əvvəlində açılacağını gözləyirik".

Xatırladaq ki, 2017-ci ilin martında məşhur braziliyalı futbolçu Ronaldinyo ilə “Qəbələ” İdman Klubu arasında müqavilə imzalanıb. Sözləşməyə əsasən, ulduz futbolçu “Qəbələ”nin dəstəyi ilə Bakıda Futbol Akademiyası açmalıdır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30