25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Ayxan Abbasov: “Haqsızlıqlar olurdu”

“Bizi dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm, bizi tək buraxmadılar. Onlara ehtiyacımız var idi. Bu gün bəlkə də tam başqa yerdə olmalıydıq. Haqsızlıqlar olurdu. Komandam qorxmurdu, onlarda istəyi görürdüm. Hava şəraitinə baxmayaraq, komanda istəkli idi. Elə komandayıq ki, bizə çempionat çətin olacaq. Şərt qoyulub ki, gənclərə şans vermək lazımdır. Digər komandalar kimi bizim çox oyunçu arasında seçim etmək imkanımız yoxdur. İstəyirəm ki, sona qədər mübarizə aparan komanda yaradaq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi  Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 5-ci turunda "Sabah"a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

"Məğlubiyyət də, heç-heçə də ola bilərdi. Bundan əvvəlki oyunlarda - "Səbail", "Neftçi" oyunlarında ilk hissədə qol vursaq da, sonda uduzmuşduq. Ancaq bu gün ikinci hissədə daha yaxşı oynadıq. Rəqibi öndə qarşılayırdıq. 10 nəfərlə oynamaq da asan deyil. Ancaq bu gün yaxşı mübarizə apardıq” - deyə o bildirib. 

 

           

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30