15 Oktyabr 2019, Çərşənbə axşamı
Millinin ən yaxşısı - Şeydayev
Araz: “Üzrə görə xal vermirlər”
Holland hakim millimizdən üzr istədi!
Marko Rossi: “Xoşbəxtlikdən qol sayılmadı”

Ölkə futbolu

“Sevilya”nın baş məşqçisi: “Bir ata minmək haqda fikirləşirik”

“Sevilya”nın baş məşqçisi Xolen Lopeteqi Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"la səfər oyunu öncəsi mətbuat konfransı keçirib.

- İspaniyanın bunadək "Atletik" və "Atletiko" klubları Bakıya gələrək qələbə qazana bilməyib. Bu faktı bilrsiniz? Bilirsinizsə, nə hansı hisslər keçirsiniz?

- Əlbəttə. bura gəlmiş İspaniya kubları haqda məlumatım var, həmin faktları bilirəm. Azərbaycan klublarının heyətində güclü futbolçular olub. Bu, yerli futbolçulardı, həm də legionerlərdi. Bu da ispanların işini çətinləşdirib.

- Bakıda heç-heçə sizi nə dərəcədə qane edəcək? Mümkün məğlubiyyət sizin üçün nə deməkdi?

- Bütün çətinliklərə, "Qarabağ"ın güclü rəqib olmasına baxmayaraq, bura qələbə qazanmağa gəlmişik.

- İspaniya mətbuatında "Real"la oyuna görə aparıcı futbolçlarını qoruyacağınız haqda yazılır. Bunu gözləmək olarmı, yoxsa meydana döyüşkən heyət buraxacaqsınız?

- Bizim üçün sadəcə bir matç var - o da "Qarabağ"a qarşı. Bütün atlara minmək mümkün deyil. Bir ata minmək haqda fikirləşirik. Bütün enerjimizi ona yönəldəcəyik. 

- Əsas heyəti müəyyənləşdirmisiniz?

- Oyun ən yaxşı formada olanlardan ibarət komandanı çıxaracağıq.

- Oyun planında hansı dəyişiklər etməyi planlaşdırısınız?

- Bu, sabah görünəcək. Bütün futboçular hazır vəziyyətdi. Dəyişiklər də baş verə bilər.

Mənbə: sport24.az

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31