3 Noyabr 2025, Bazar ertəsi
Saşa İliç qələbəni şərh etdi
Berdıyev: “Qələbəyə layiq idik”
161 gün sonra yenidən Tovuzda
“Lans”ın yetirməsi “Sumqayıt”da

Ölkə futbolu

“Qarabağ” iki rekorda imza atıb

“Qarabağ” iki rekorda imza atıb.

Futbolxeber.az saytının məlumatına görə, son Azərbaycan çempionu Premyer Liqanın 4-cü turunda “Neftçi”ni 2:0 hesabı ilə məğlub edərək ardıcıl 12-ci qələbəsini qazanıb.

Ötən mövsümün son 8 matçında xal itirməyən ağdamlılar cari mövsümdə daha 4 görüşdə qalib gəlib. Sonuncu dəfə martın 9-da “Zirə” ilə oyunda xal itkisi ilə (0:0) üzləşən Qurban Qurbanovun komandası bununla da klub tarixinin rekorduna imza atıb. Bunadək “Qarabağ”ın Azərbaycan çempionatlarındakı ən uzun qələbə seriyası 11-ə bərabər idi. Bu, 2016-cı ilin mart-may aylarında qeydə alınmışdı.

Ağdam klubu startda ardıcıl 4-cü quruhesablı qələbəsini qazanıb. Əyalət təmsilçisi tarixində ilk dəfə mövsümün əvvəlində qol buraxmadan dörd oyunu itkisiz başa vurub. “Qarabağ” bunadək üç dəfə çempionatın ilk dörd turunda qələbə seriyasına imza atsa da, hər dəfə ən azı 1 qol buraxıb. İki mövsümdə startda üç quru hesablı qələbəsi olan komandanın seriyası IV turda qırılıb.

Qeyd edək ki, məğlubiyyətsiz oyunlarının sayını 24-ə çatdıran “Qarabağ” klub tarixinin rekord seriyasını davam etdirib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30