22 Mart 2026, Bazar günü
Yuri Vernidub: “Borcumuzu qaytarmalıydıq”
“Neftçi”nin hücumçusu mükafatlandırıldı
Azər Bağırovdan qələbə şərhi
Millimizə 27 futbolçu dəvət aldı

Ölkə futbolu

“Sumqayıt”dan 2 rəsmi transfer

2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK heyətinə 2 futbolçu cəlb edib.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, son mövsümü müvafiq olaraq BATE və “Torpedo Moskva”nın heyətində keçirmiş futbolçular - Cəmaləddin Xocaniyazov və Rəhim Sadıxovla 2 illik müqavilə imzalanıb. Cəmaləddin “Sumqayıt” FK-da “5”, Rəhim isə “90” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Sankt-Peterburq “Zenit”inin yetirməsi olan Cəmaləddin Xocaniyazov 2012-2016-cı illərdə adıçəkilən komandanın əsas və əvəzedici komandalarında çıxış edib (10 oyun). Son klubu BATE (2 oyun) olan Cəmaləddin Rusiyanın “Ural” (1 oyun), “Baltika” (2 oyun), “Soçi” (8 oyun), “Amkar Perm” (1 oyun) və Danimarkanın “Orxus” (35 oyun, 1 qol) klublarının şərəfini qoruyub.

Moskva “Spartak”ının yetirməsi olan Rəhim Sadıxov isə peşəkar karyerası ərzində “Solyaris Moskva” (16 oyun) və “Torpedo Moskva”nın (71 oyun, 23 qol) uğurları üçün çalışıb. Rəhim Azərbaycanın U-17 və U-19 millilərində də çıxış edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31