26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Simurq" sabah hazırlığı tamamlayacaq

"Bakı"yla oyunun hazırlıqlarını davam etdirən "Simurq" məşqlərə ara vermir. Futbolxeber.az-ın məlumatına görə, dünən axşam saatlarında qarşılaşmanın oynanılacağı stadionda növbəti məşqinə çıxan komanda çalışmalara qısa məsafəli qaçış və isinmə hərəkətləri ilə başlayıb. Bundan sonra isə hazırlığın əsas hissəsinə keçilib. Baş məşqçi Georgi Çixradzeni rəhbərliyi altında "sarı-qaralar" paytaxt təmsilçisilə oyun öncəsi müxtəlif taktiki təmrinləri məşq edib. Cinahlardan asmaların qapanması yerinə yetirilib. Məşqin sonunda isə ikitərəfli oyunla hazırlıq tamamlanıb.

"Simurq" növbəti turun hazırlıqlarını sabah tamamlayacaq. Komanda bundan sonra istirahətə çəkilərək qarşılaşmanın başlama vaxtını gözləməyə başlayacaq. "Simurq" - "Bakı" oyunu avqustun 24-ü saat 19:00-da "Şəfa" stadionunda baş tutacaq.

Qeyd edək ki, Zaqatala təmsilçisinin heyətində yalnız Tural Axundov "Neftçi" ilə oyunda aldığı zədə səbəbindən komandadan ayrı məşq edir. Onun bu görüşdə oynuyub-oynamayacağı həkimlərin qərarından asılı olacaq.

 


simurqpfk.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30