Ölkə futbolu
"Xorvatiya ilə heç-heçəyə görə mükafatın verilməsində qeyri-adilik yoxdur"
"Belə çətin oyunlar zamanı komandaya motivasiya lazımdır. Ona görə də rəhbərlik mükafat məsələsini qaldırıb".
Futbolxeber.az saytının məlumatına görə, bunu "Report"a açıqlamasında AFFA İcraiyyə Komitəsinin üzvü İskəndər Cavadov Xorvatiya ilə AVRO-2020-nin seçmə oyunundakı 1:1 hesablı heç-heçəyə görə Azərbaycan millisinə mükafatların ödənildiyinə dair xəbərləri şərh edərkən deyib.
Veteran futbolçu dünya praktikasında da belə halların baş verdiyini və tarixən normal qarşılandığını bildirib: "Bütün dünyada heç-heçə və qələbə üçün mükafatlar təsis olunur. Biz futbol oynadığımız vaxt da bu, belə idi. Çətin rəqiblərlə qarşılaşmalarda heç-heçə və ya qalibiyyət üçün mükafat vəd edilirdi. Xorvatiya da dünya çempionatının gümüş mükafatçısı, FIFA reytinqində "10-luq"da - 7-ci pillədə yer alan komandadır.
AFFA ilə futbolçular arasındakı anlaşma sənədində belə nəticələrə görə mükafat da əksini tapıb. Bu, hər yerdə belədir. Məsələn, Rusiya millisinin hər oyununa görə mükafat verilir. Xorvatiya kimi rəqiblə heç-heçəyə görə futbolçulara mükafatın verilməsində qeyri-adilik yoxdur. Bundan faciə düzəltmək lazım deyil. Əlbəttə, futbolçular Azərbaycanın adı uğrunda vuruşurlar, bu, onların borcudur. Amma onu da nəzərə almaq lazımdır ki, belə nəticələr heç də hər zaman olmur".
Cavadov Uels və Xorvatiyaya qarşı keçirdiyi son 2 qarşılaşmada millinin oyunundakı irəliləyişlərdən də bəhs edib: "Özüm milli komandanın ev və səfər oyunlarında iştirak edirəm. Son iki matçda hamımız irəliləyişin şahidi olduq. Halbuki Macarıstan və Slovakiya ilə ev oyunlarında komanda zəif çıxış etmişdi. Uels və Xorvatiya ilə qarşılaşmalarda isə fərqli oyun sərgilədilər. Futbolçuların beynəlxalq oyun təcrübələrinin aşağı olması milliyə də təsirsiz ötüşmür. Qarşıdan daha çətin matçlar gəlir. Oyunlar hələ indi başlayır, nəticələrin necə olacağı bilinmir. Vuruşmaq, xal almaq lazımdır. Adətən, qruplarda 2 komanda güclü, 2-si ortabab, 2-si zəif olur. Biz isə 5 komandalı qrupa düşmüşük. Bir-birindən fərqlənməyən rəqiblərlə vuruşmaq, döyüşmək lazımdır. Bu məsələdə mükafat da təsiredici faktor ola bilər".
Ötənlərin tanınmış hücumçusunun sözlərinə görə, Azərbaycan komandalarına yuxarıdan-aşağı baxan rəqibləri cəzalandırmaq üçün mükafat motivasiya rolunu oynaya bilər: "Sirr deyil ki, rəqibləri Azərbaycan yığmasına zəif gözü ilə baxırlar. Məhz bu amili nəzərə alaraq toparlanmaq və onların arxayın çıxışına qarşı döyüşkən oyun sərgiləmək lazımdır. Reallıqda Xorvatiya yığması bizdən iki qat güclüdür. Amma əvvəlki oyunların hamısında uduzduğumuzu nəzərə alaraq, bizimlə görüşə arxayın çıxmışdılar. Belə halları vaxtilə özüm də yaşamışam. Rəqiblərimiz "Neftçi"ni asanlıqla udacağımızı düşünürdülər. Amma biz vuruşaraq xallar alırdıq. Bu, o demək deyildi ki, Kiyev "Dinamo"su və ya "Spartak"dan güclü idik. Lakin hörmətsizlik onları "yıxırdı". Xorvatiya yığması Zaqrebdəki görüşə də arxayın çıxmışdı. İlk qolu biz vurduqdan sonra qələbəyə nail olmaq üçün xeyli əziyyət çəkdilər".
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Kevin Medina millimizin sabiq üzvü ilə komanda yoldaşı oldu - EKSKLÜZİV
- Xarici saytlar AFFA-nın yalanını üzə çıxardı - FOTO FAKT
- AFFA-nın baş katibi özünə sosial şəbəkələrdə köməkçi axtarır - FOTO FAKT
- FİFA referiləri I Liqa oyunlarında
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi məlumdur
- Cenklə Avropa “cənginə”
- Dambrauskas Sadıqovu çətin rəqib saymır? - QEYD
- “Klubda baş məşqçini Ceyhun Sultanov dəyişmir”
- “Qarabağ” Elvin Cəfərquliyevi transferə çıxardı
- “Kəpəz”in yeni rəhbəri işə başladı, baş məşqçi postuna 2 namizəd - ÖZƏL
- Rövşən Hüseynli: “Bu, “Araz-Naxçıvan”ın tarixində ən çətin iki çempionluqdan biridir”
- “Qarabağ”ın ikinci transferi Bakıya gəldi
- “Qarabağ”ın çəkisi çox ağırdır”
- Bu legioner “Qarabağ”dan gedir – Asiyadan sərfəli təklif alıb - ÖZƏL
- Kanada millisindən tarixi nəticə
-
12:44
Qana sonda sevindi VİDEO
-
12:27
Taekvondoçularımız klublararası Avropa çempionatında 6 medal qazanıblar
-
11:51
“Şəfa”nın göyə sovurduğu 300 min manat
-
11:33
Azərbaycanın 6 çimərlik güləşçisi Dünya Seriyasının III mərhələsində iştirak edəcək
-
11:15
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:00
"Qarabağ"ın rəqibindən qələbə
-
10:42
İngiltərə - Xorvatiya matçında 6 qol VİDEO
-
10:28
Azərbaycan klublarının yay transferləri (Yenilənir)
-
09:56
DÇ-2026: “Turan Tovuz”un futbolçusu ehtiyatda qaldı
-
09:39
Özbəkistan - Kolumbiya oyununun ən yaxşısı kim seçildi?
-
09:17
Portuqaliya heç-heçə ilə başladı VİDEO
-
00:24
Ronaldodan tarixi göstərici
-
00:01
Portuqaliya - Konqo matçının ən yaxşısı o seçildi
-
19:15
"Qarabağ"dan daha bir transfer
-
18:37
Türam İngiltərə klubunun təklifini geri çevirdi
-
18:00
"Şəfa"da yeni müqavilə
-
17:43
Qaxda 184 yeniyetmə cüdoçunun iştirakı ilə region birinciliyi keçiriləcək
-
16:52
Holand bunu bacaran ilk norveçli oldu
-
16:26
Konfrans Liqası: “Neftçi” və “Zirə”nin rəqibləri bilindi
-
15:44
Deşam: “Mbappe dünya çempionatında qol vurmaq istəyir, yoxlama oyunlarında yox”
-
15:31
"Qarabağ" Medinanın gedişini açıqladı
-
15:08
Avroliqa: "Qarabağ"ın ikinci mərhələdəki potensial rəqibi bilindi
-
14:29
Messi dünya çempionatlarında het-trik edən dördüncü argentinalı oldu
-
14:17
ÇL: "Sabah"ın püşkdə yenə bəxti gətirdi
-
13:53
Basketbol millimiz Tbilisidə iki qələbə qazanıb
-
13:35
Monqolustandakı "Böyük Dəbilqə"də 17 cüdoçumuz mübarizə aparacaq
-
13:19
Sınmaq yox, daha güclü olmaq lazımdır...
-
12:43
Azərbaycanı Balkan çempionatında 7 atlet təmsil edəcək
-
12:20
Oloxan Musayev Tunis Qran-prisində gümüş medal qazanıb
-
12:06
Azərbaycan "Formula 1"in dəstəklədiyi qlobal STEM Racing proqramına qoşulub
-
11:54
"Araz-Naxçıvan"da yeni müqavilə
-
11:32
Norveç millisi İraqa şans tanımadı VİDEO
-
11:18
Cəlal Rumıniya klubunda
-
10:39
Fransadan DÇ-20226-ya uğurlu start VİDEO
-
10:21
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:07
Messinin het-triki Argentinaya qələbə qazandırdı VİDEO
-
09:43
Sadıqov püşkü dəyərləndirdi
-
22:00
“Neftçi” Sloveniyaya gedir
-
21:36
"Sumqayıt" 7 ildən sonra onunla yolları ayırır
-
20:54
Qurban Qurbanov: “Həddindən artıq ciddi olmalıyıq”
-
20:27
Lobato rəsmən "Qarabağ"da
-
20:09
"Zirə"nin də rəqibi müəyyənləşdi
-
19:42
Vaxt “Kəpəz”in əleyhinə işləyir...
-
19:11
"Qarabağ"ın rəqibi bəlli oldu
-
18:23
“Şahdağ Qusar” millimizin müdafiəçisini transfer etdi
-
18:08
ÇL: "Sabah"ın püşkdə bəxti gətirdi
-
18:00
Kevin Medina millimizin sabiq üzvü ilə komanda yoldaşı oldu - EKSKLÜZİV
-
17:35
Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçiriləcək
-
16:56
Cavid Hüseynov: "Asan olmayacaq"
-
16:14
Gənc cüdoçularımız Krasnoyarskda 3 medal qazanıblar
18.06.2026
17.06.2026
16.06.2026























