5 Iyul 2025, Şənbə
İmad Faraj rəsmən “Neftçi”də
“Turan Tovuz”da 3 yeni təyinat
"Zirə" Türkiyəyə getdi
“Boavişta”nın müdafiəçisi “Kəpəz”də

Ölkə futbolu

Giorgi Tsetsadze: “Azərbaycan millisi yaxşı komandadır”

Gürcüstan 21 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi Giorgi Tsetsadze Avropa çempionatının seçmə mərhələsində yığmamızı 3:0 hesabı ilə məğlub etdikləri oyundan danışıb.

Futbolxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, o, komandasının qələbəyə layiq olduğunu bildirib:

“Yaxşı oynadıq və layiq olduğumuz qələbəni qazandıq. Birinci hissənin sonunda qol vurmağımız fasiləyə yüksək əhval-ruhiyyədə yollanmağımıza şərait yaratdı. Həm buna qədər, həm də sonrakı dəqiqlərdə qol epizodlarımız oldu. Onu hansı dəqiqədə reallaşdırmağın fərqi yoxdur, vacib olan bunu bacarmaq və qələbə qazanmaqdır.

Rəqib meydanda azlıqda qaldıqdan sonra üstünlüyümüzü artırdıq. Azərbaycan millisi yaxşı komandadır. Sadəcə, onlar 4 gün əvvəl məğlub etdikləri güclü Slovakiya ilə oyundan sonra yorğun idilər”.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31