23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"Ayntraxt"ın prezidenti: "Bugünkü oyun Bakıda yox, Qarabağda keçirilməliydi"

UEFA Avropa Liqasının play-off mərhələsində bu gün "Qarabağ"la qarşılaşacaq Almaniyanın "Ayntraxt" klubunun prezidenti Peter Fişer affa.az saytına müsahibə verib.

- Daha əvvəl də Azərbaycanda olmusunuz. Ölkəmiz haqda təəssüratlarınız necədir?

- Bəli, bu, mənim Azərbaycana artıq üçüncü səfərimdir. İlk dəfə 2006-cı ildə Bakıda olmuşam. Dünyanın bir çox ölkələrinə səyahət edirəm, amma qısa zaman ərzində bu qədər inkişaf edən, gözəlləşən şəhər görməmişəm.

- Azərbaycan futbolu haqda fikirlərinizi bilmək maraqlı olardı. 2006-ci illə müqayisədə hansı dəyişikliyin olduğunu qeyd edə bilərsiniz?

- Azərbaycan futbolu haqda məlumatlıyam. Bildiyiniz kimi, bizim klubla AFFA arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Xüsusilə, yeniyetmə futbolundakı irəliləyişi qeyd etmək istərdim. Son 5-6 il ərzində Azərbaycan futbolunda irəliləyiş var və AFFA-nın partnyoru olaraq biz də uğurlara sevinirik.

- Bu gün UEFA Avropa Liqasının play-off mərhələsinin ilk oyunu çərçivəsində "Ayntraxt" Bakıda "Qarabağ"la qarşılaşacaq. Bu oyun əslində başqa şəhərdə - "Qarabağ"ın təmsil etdiyi Ağdamda keçirilməli olsa da, məlum səbəblərdən Bakıda təşkil olunur...

- Buna görə məyusam. Bilirəm ki, "Qarabağ" Ağdam rayonunu təmsil edir. Əslində, bu qarşılaşma onların əsl ev oyunu olmalı idi. Yəni oyun Bakıda yox, Qarabağda keçirilməliydi. Amma Qarabağ erməni işğalı altındadır. Deməliyəm ki, bu, işğalçı bir siyasətin nəticəsidir. Bu siyasət rəqibimizə qarşılaşacağı komandanı öz evində qəbul etməyə imkan vermir. Təbii ki, bu, arzuolunmaz vəziyyətdir.

- Bugünkü oyundan hansı nəticəni gözləyirsiniz?

- Diqqətli olmalıyıq. Çalışmalıyıq ki, rəqib bizim gözlədiyimizdən daha güclü oynaya bilməsin. Oyunu stadinonda 30 minə yaxın azarkeş izləyəcək. Biz Bundesliqa oyunlarında adətən 45 min azarkeş qarşısında çıxış edirik. Ümid edirəm ki, iki oyunun nəticəsinə görə mərhələ keçən tərəf biz olacağıq. Təbii ki, Azərbaycanda səfər oyunu keçirmək  çətindir. Buna baxmayaraq, iki oyunun nəticəsinə əsasən qalib gəlmək istəyirik.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30