8 Yanvar 2026, Cümə axşamı
"Kəpəz" onun transferini açıqladı
Millimiz Danimarka ilə qarşılaşacaq
Rüfət Abdullazadə “Zirə”də
“Qəbələ”dən ilin ilk transferi

Ölkə futbolu

“Ad günüm oldu-olmadı, Azərbaycanla oyunda 3 xal qazanmalıyıq”

“14 ilə yaxındır yığmadayam. İndiyədək yalnız 2 və ya 3 ad günümü burada qeyd etməmişəm”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Xorvatiya millisinin kapitanı Luka Modriç ölkəsinin mətbuatına açıqlamasında deyib.

Bu gün 34 yaşı tamam olan "Real"ın yarımmüdafiəçisi qeyd edib ki, Azərbaycan millisi üzərində qələbə doğum günü üçün ən yaxşı hədiyyə olar: "Ad günüm oldu-olmadı, 3 xal qazanmalıyıq. Bunun üçün hamımız əlimizdən gələni edəcəyik. Təbii ki, qalib gəlsək, bu, mənim üçün ən böyük hədiyyə olacaq".

Qeyd edək ki, bu gün “Bakcell Arena”da keçiriləcək Azərbaycan - Xorvatiya matçı saat 20:00-da başlayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31