18 Mart 2026, Çərşənbə
Ayın qolunun müəllifi mükafatlandırıldı
Yuri Vernidubdan qələbə şərhi
Emreli 8 ay sonra qol vurdu
Berdiyev: “Vacib iki xal itirdik”

Ölkə futbolu

“Azərbaycanla görüş qalib gəlməli olduğumuz mühüm oyundur”

“Azərbaycanla görüş qalib gəlməli olduğumuz mühüm oyundur”.

Futbolxeber.az saytının məlumatına görə, unu Uels yığmasının futbolçusu Kris Mefam sentyabrın 6-da Azərbaycan millisinə qarşı evdə keçirəcəkləri AVRO-2020-nin seçmə oyunu barədə danışarkən deyib.

İngiltərənin “Bornmut” klubunda çıxış edən 21 yaşlı müdafiəçi erkən qol vurmağın onlar üçün önəmli olduğunu bildirib: “Qalib gəlməyə qadir olduğumuzu bilirik. Bunu bacaracağımıza və irəli gedəcəyimizə ümid edirəm. Lakin bu qarşılaşmaya meydana çıxaraq, rəqibi asanlıqla məğlub edə biləcəyimiz matç kimi baxa bilmərik. Önəmli olan oyuna düzgün yanaşmaq, azarkeşlərimizin və futbolçuların əsəblərini sakitləşdirəcək erkən qol vurmaqdır”.

Qeyd edək ki, Uels və Azərbaycan yığmaları arasında Kardiff şəhər stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Milli komandanın 3 gün sonra Xorvatiya ilə “Bakcell Arena”dakı qarşılaşması isə saat 20:00-a təyin olunub (“Report”).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31