13 Noyabr 2025, Cümə axşamı
U-19 millimiz darmadağın oldu
“Sabah bizi çətin oyun gözləyir”
Qunnlauqsson: “Favorit biz sayılırıq”
“Neftçi” niyə uduzdu? - QEYD

Ölkə futbolu

"Qəbələ"nin potensial rəqibləri dəqiqləşdi: "Portu", APOEL, “Saraqosa”...

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək “Qəbələ”nin potensial rəqibləri dəqiqləşib.

Futbolxeber.az saytının məlumatına görə, Avropa futbol qurumu sentybrın 3-də baş tutacaq püşkatma ərəfəsində Çempionlar Yolunda mübarizə aparacaq komandaları coğrafi prinsiplərə əsasən 4 səbətə bölüb.

Beləliklə, “Qəbələ”nin potensial rəqiblərinin sayı 7-yə enib. “Qırmızı-qaralar” püşkatmada “Saraqosa” (İspaniya), “Portu” (Portuqaliya), APOEL (Kipr), “Korona” (Polşa), “Şerif” (Moldova), “Şkendiya” (Albaniya) və “Zrinski” (Bosniya və Herseqovina) ilə birgə 1-ci səbətdə yer alacaq və I mərhələdə bu komandalardan biri ilə qarşılaşacaq.

Qeyd edək ki, Çempionlar Yolunun I və II mərhələsinin püşkatması sentyabrın 3-də keçiriləcək və Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

Çempionlar Liqası Yolunda qrup qalibləri birbaşa 1/8 finala yüksələcəklər.

Çempionlar Yolunda I mərhələnin oyunları 2 - 23 oktyabrda, II raundun görüşləri isə 6 - 27 noyabrda olacaq. İki mərhələnin yekununda yoluna davam edəcək 8 komanda pley-offda Çempionlar Liqası Yolunun qruplarında 2-ci yeri tutan 8 kollektiv ilə üz-üzə gələcək. Pley-off oyunları 11 - 12 fevralda, 1/8 final matçları 3 - 4 martda, 1/4 finalın görüşləri isə 17 - 18 mart keçiriləcək. Yarımfinal ilə final matçları müvafiq olaraq aprelin 17-də və 20-də Nyonda baş tutacaq. Bu mərhələlərdə qaliblər bir oyunla müəyyənləşəcək.

“Qəbələ” Gənclər Liqasında üçüncü dəfə çıxış edəcək (“Report”).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30