19 Oktyabr 2025, Bazar günü
Vensan Abubakar Bakıya gəldi
Saşa İliç qələbəni şərh etdi
"Sumqayıt" darmadağınla III pillədə
"Kəpəz" və "Qarabağ" qalib gəldi

Ölkə futbolu

“Neftçi”də 15-ci, Premyer Liqada 10-cu

“Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov yubiley qoluna imza atıb.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının III turunun “Sumqayıt”la görüşündə (2:1) hesabı bərabərləşdirən futbolçu üçün bu top ikiqat önəm daşıyıb.

Mahmudov Azərbaycan çempionatında 10-cu qolunu vurub. Buna 51-ci matçında nail olan Emin bütün matçlarını bir komandada – “Neftçi”də keçirib. “Ağ-qaralar”ın kapitanının paytaxt təmsilçisindəki ümumi qol sayı 15-ə çatıb. Premyer Liqadakı 10 qoldan başqa avrokuboklarda 4, Azərbaycan kubokunda 1 dəfə fərqlənən Mahmudov 63-cü qarşılaşmada 15-ə çatıb.

“Neftçi”yə “Sumqayıt” üzərində çətin qələbə qazandıran qola imza atan Stiven Monroz da yubiley qeyd edib. Fransalı legioner Premyer Liqada 50-ci oyununu keçirib. “Neftçi”yədək “Qəbələ”də çıxış edən Monroz 47 matça əyalət təmsilçisində, 3 oyuna indiki klubunda çıxıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31