Ölkə futbolu
Bordin: “O, öz futbolçuları ilə məşğul olsun”
“Gərgin oyun oldu. Matça yaxşı başlamadıq. Amma buraxdığımız qoldan sonra ayıldıq. Komandam əsəbi görünürdü. İlk dəqiqələrdəki qol epizodlarından istifadə edə bilmədik. Buna görə də gərginlik var idi. Komandamı təbrik edirəm. Asan qələbə olmadı. Xarakter göstərdik. Çox vacib qələbə oldu”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının III turunda “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib. Daha sonra italiyalı mütəxəssis sualları cavablandırıb.
- Antonun rəqib komandanın məşqçilər korpusu və futbolçularını ağır şəkildə təhqir etməsi nə dərəcədə doğrudu? Onunla bağlı nə ölçü götürəcəksiz?
- Onu “Sumqayıt”ın baş məşqçisi bildirib. Siz eşitmisiz?
- Niyə yalan danışsın?
- Siz nələr baş verdiyini gördüz?
- Mən də baxırdım.
- Orda elə bir situasiya, xaos idi ki, məni də bir neçə dəfə itələdilər, zərbələrdən qaçası oldum. Bilmirdim ki, nələr baş verib. Bunu araşdıracam və sonda qərar verəcəyik. Məncə, bu vəziyyətdə təkcə Antonu və “Sumqayıt”ın qırmızı vərəqə alan futbolçusunu günahlandırmaq olmaz. Oyunboyu xoşagəlməz hadisələr baş verdi. Bizim də səhvimiz var ki, buna cavab verdik.
- “Sumqayıt”ın baş məşqçisi sizə qarşı da ittiham irəli sürdü ki, gəlib bizə nəsə öyrətməsin, futbolçularına tərbiyə versin. Ona nə öyrətmək istəyirdiz ki?
- Heç kimi özünü necə aparmaqla öyrətməli deyiləm. Xüsusən də “Sumqayıt”ın baş məşqçisini. O, italyanca bilir? Necə məni başa düşə bilər ki... Mən orda istəyirdim ki, hər iki tərəf sakitləşsin. Xoşagəlməz haldı ki, məğlub olandan sonra baş məşqçi rəqibi günahlandırır. Hamı öz evinin içinə baxmalıdı. Anton barədə araşdırma edəcəm. Öz oyunçularımı düşünməliyəm. Xahiş edirəm ki, rəqib baş məşqçi də öz futbolçuları ilə məşğul olsun.
- Ayxan Abbasov onu da dedi ki, “Neftçi” belə büdcə ilə getsin “Qarabağ”la prinsip aparsın...
- Hər bir rəqib eynidi. Bu gün “Sumqayıt”la oyuna hazırlamışdıq komandanı. Qələbə lazım idi və bunu əldə etdik. Hər rəqibə qarşı ona uyğun hazırlaşırıq. Bütün komandalar rəqibdi.
- Antonun epizodunu görməsək də, Etibar Tarverdiyevin Ayxan Abbasova əl qaldırdığını gördük...
- Bunu görməmişəm. Siz ancaq mənə bizim etdiklərimizdən danışırsız. Ancaq Antona vurulan yumruğu görmüsüz? Vurğunun vurduğunu görmədiz? Nə Antonu, nə də Etibarı görmüşəm. Təkcə onu gördüm ki, Anton yerdədi. Sadəcə olaraq, o vəziyyətdə rəqib məşqçi də istəyirdi ki, komada sakitləşsin. İstəməzdim ki, belə situasiya yaransın.
- Azarkeşsiz olmağınız oyuna təsir edirmi?
- Azarkeşin gəlməsi əlavə motivasiyadı. Əsas da ultraslar. Onlar hər dəfə hiss etdiriblər ki, evdə oynayırıq. Onları başa düşürəm. Son nəticələr ürəkaçan olmadı. Amma ponları tribunada görməyi arzulayaram. Onlar bizə əlavə motivasiya verirlər. Onların yoxluğu görünürdü.
- Olan azarkeşlər də yalnız rəhbərliyi istefaya səsləyirdilər. Fanatları qaytarmaq üçün onlara müraciət etmək və ya görüşmək planınız varmı?
- Bu ildən fərqli olaraq keçən il onlarla tez-tez görüşürdük. Sadəcə, mövsüm başlayandan tez-tez oyunlarımız olur. Buna görə də görüş baş tutmayıb. Milli komandalara görə fasilə yaranıb. İstəyərəm ki, onlarla görüşüb, fikir mübarizəsi aparaq.
- Vəziyyətin gərginləşməsinə səbəb feyr-pley oldu. Maraqlıdı, sizin komandanız vaxtı uzatmaq məqsədilə olsa belə, topu kənara vursa və rəqib hücum edib, qol vursa. Buna reaksiyanız necə olar?
- Hansı epizodu deyirsiz?
- İkinci qol vurduğunuz epizodu.
- Feyr-pley-ə oyunboyu riayət olunurdu. Sadəcə olaraq 1-2-3-4-5 dəfə yıxıla bilər futbolçu. Ancaq bu qədər yox. Onlar hesabda irəli olduqlarına görə yerə yıxılırdılar. Hər dəfə əlverişli hücum vaxtı topu rəqibə qaytarsaq, futbol necə olacaq ki...
- Geryenin transferi gündəminizdədi?
- Bu barədə heç nə deyə bilmərəm. Qarşıda bizi 3 gün istirahət gözləyir. By müddətdə müzakirə edəcəyik.
- Fasiləni necə keçirməyi düşünürsüz?
- 3 gündən sonra məşqləri bərpa edəcəyik.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
- Elvin Camalov “Neftçi”dən getdi
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
-
13:31
“İmişli”dən yeni kampaniya: “göndər-qaytar”
-
13:00
Nazim Umbayev Bakıdakı dünya çempionatına təyinat alıb
-
12:54
"Sumqayıt"dan iki legioner transferi
-
12:47
Azərbaycan Basketbol Liqasında iştirakçı klubların siyahısında dəyişiklik edilib
-
12:22
"Bayer Leverkuzen"in qələbəsi VİDEO
-
12:08
Daha 3 boksçumuz Avropa çempionatının 1/4 finalına yüksəlib
-
11:53
"Fiorentina" - "Napoli" matçında qalib aşkarlanmadı VİDEO
-
11:35
"Neftçi"dən yubiley qələbəsi
-
11:16
"Milan" "Leççe"yə şans tanımadı VİDEO
-
10:59
"Kəpəz"in 150-ci heç-heçəsini edib
-
10:44
"Yuventus" "Atalanta"nı məğlub etdi VİDEO
-
10:21
Zamiq oynadı, komandası qalib gəldi
-
10:07
"Mançester Yunayted" sonda məğlubiyyətdən qaçdı VİDEO
-
09:52
Azərbaycan atleti dünya çempionatında 91-ci yeri tutub
-
09:30
"Fənərbaxça"dan 8 qol VİDEO
-
23:38
Azərbaycan cüdoçusu dünya çempionu oldu
-
22:02
"Kəpəz" - "Sumqayıt" matçında qarşılıqlı qollar VİDEO
-
21:43
Filipe Kandido: "Premyer Liqanın inkişafını istəyiriksə, futbola hörmət etməliyik"
-
20:55
"Sumqayıt" qələbəni əldən verdi
-
19:27
Azər Bağırov: “Qol epizodlarından istifadə etmədikcə, qarşılığını görürsən”
-
19:19
"Şamaxı" "Araz-Naxçıvan"ı məğlub etdi VİDEO
-
19:00
Zaur İsmayılov: “Müdafiədə kobud səhvlərimiz olur”
-
15:54
"Barselona"nın qələbəsi VİDEO
-
15:36
Bakıda “Koreya Səfiri Kuboku” keçiriləcək
-
15:01
Azərbaycandan ayrılıb, Liviya klubuna keçdi
-
14:28
Abdullazadənin komandası yenə uduzdu
-
13:42
Azərbaycanın fiqurlu konkisürənləri Ankarada Qran-pri yarışında iştirak ediblər
-
13:15
İki boksçumuz Avropa çempionatında 1/4 finala vəsiqə qazanıb
-
12:53
Tovuzda baş verənlərə reaksiyam: “Nu i?”
-
12:30
"Latsio" səfərdə sevindi VİDEO
-
12:07
Naxçıvanda "Velo Fest" velosiped festivalı keçirilib
-
11:49
"Roma - "İnter" matçında 4 qol VİDEO
-
11:24
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:56
"Borussiya" 3 xalı tək qolla qazandı VİDEO
-
10:31
Toral start heyətdə meydana çıxdı, ilk hissədə əvəzləndi
-
10:18
"Arsenal"dan böyük hesablı məğlubiyyət VİDEO
-
10:02
Vüsal oynadı, komandası qələbə qazandı
-
09:45
"Trabzonspor" "Qalatasaray"ı darmadağın etdi VİDEO
-
21:40
“Turan Tovuz” “Zirə”ni məğlub etdi
-
21:17
"Turan Tovuz" sonda sevindi VİDEO
-
20:52
Boksçularımız Qazaxıstanda 3 medal qazanıblar
-
20:20
Kurban Berdiyevdən qələbə şərhi
-
20:09
Rəşad Sadıqov: “Son 6 ildə çempionatda ən çox hakim səhvi “Zirə”nin əleyhinə olub”
-
19:41
"Traktor"un qapıçısı "Sumqayıt"da
-
19:16
Mahirin komandasından növbəti məğlubiyyət
-
16:38
"Turan Tovuz" - "Zirə": Heyətlər açıqlandı
-
15:53
“Əsas məsələ mənim məhsuldar ötürmə verməyim deyil, "Neftçi"nin qələbə qazanmasıdır”
-
15:05
İtaliya millisinə 34 futbolçu dəvət aldı
-
14:27
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edilib
-
13:44
U-21 millimizin heyəti açıqlandı
21.09.2026
20.09.2026
19.09.2026
























