1 Aprel 2026, Çərşənbə
Millimiz FIFA reytinqində irəlilədi
"Kəpəz" 6500 manat cərimələndi
Vaqif Cavadov Azərbaycan millisində
Riad Rəfiyev Harvardın məzunu oldu

Ölkə futbolu

Tərlan Əhmədov: “Belə hesabla qalib gələcəyimizi gözləmirdik”

“Buraya qələbə üçün gəlmişdik. Amma belə hesabla qalib gələcəyimizi gözləmirdik. İlk 25 dəqiqədə komandam öz oyununu tapa bilmədi. Bunun da səbəbi “Qəbələ”nin inamlı oyunu idi. Rəqib ardıcıl iki məğlubiyyətdən sonra bu görüşdən qalib ayrılmaq istəyirdi. Biz isə rəqibi özündən çıxarmağa, boşluqlar tapmağa çalışırdıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 3-cü turunda "Qəbələ"yə 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, futbolçularını qələbə münasibətilə təbrik edib: “Bu, hələ işimizin başlanğıcıdır. Amma eyforiyaya qapılmamalıyıq. Qarşıdakı fasilədən səmərəli yararlanmalıyıq. Zədəlilərimiz, cəzalılarımız var, onların sıraya dönməsinə ehtiyac duyuruq”.        

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30