20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Qəbələ”dən rəsmi açıqlama: Sənan Qurbanovun istefası qəbul olundu

“Qəbələ” rəsmi saytı vasitəsi ilə baş məşqçi Sənan Qurbanovun istefası ilə bağlı açıqlama yayıb.

Futbolxeber.az saytı açıqlamanı olduğunu kimi təqdim edir:

- Azərbaycan Premyer Liqasının III turunun “Qəbələ” - “Keşlə” oyunundan (0:4) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanov istefa verib. Klub rəhbərliyi 39 yaşlı mütəxəssisin istefasını qəbul edib.

2012-ci ildə “Qəbələ”nin köməkçi məşqçisi təyin olunan Qurbanov 2018-ci ilin yayından baş məşqçi kimi çalışırdı. Öncə də komandanı baş məşqçi əvəzi kimi 3 matça çıxaran mütəxəssis ümumilikdə 43 oyunda bu vəzifəni yerinə yetirib. Komandamız onun rəhbərliyi altında 15 qələbə qazanıb, 11 heç-heçə edib və 17 dəfə uduzub. “Qəbələ” Qurbanovun rəhbərliyi altında Azərbaycan kubokunun 2018-2019-cu illər mövsümünün qalibi olub.

“Qəbələ” İdman Klubu Sənan Qurbanova komandamızdakı fəaliyyətinə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayır.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30