Ölkə futbolu
Rəşad Sadıqov: “Hətta "Mançester Siti"nin belə güclənməyə ehtiyacı var”
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Avropa iqasının pley-off mərhələsinin "Linfild"lə Bakıda keçirilən cavab oyunundan (2:1) sonra jurnalistlərin suallarını cavablandırıb.
- Matç barədə fikirləriniz necədir?
- Oyunun xüsusən sonluğu çox gərgin keçdi. Matça yaxşı başlayıb erkən qol vurduqdan sonra topa nəzarət etməyə, irəli atılmağa və tempi salmağa başladıq. Rəqib cəmi bir top fərqi ilə uduzduğu üçün risk etmək istəmirdi. Bizi öz üzərlərinə çəkərək əks-hücumlara çıxmaq niyyətində idilər. İlk görüşdən sonra onları yaxşı analiz etmişdik. Bilirdik ki, əsas silahları əks-hücum və standart vəziyyətlərdir. Ona görə də ehtiyatlı davranırdıq. İkinci hissədə isə yaxşı qol imkanlarımız oldu. Rəqib isə təhlükəli standart vəziyyətlər əldə etdi. İkinci qolu vurduqdan sonra bir qədər rahatlaşdıq. Uzatma dəqiqələrində qol buraxsaq da, sevinirik ki, hər şey bizim üçün yaxşı qurtardı.
- Adətən, "Qarabağ" belə komandalara asanlıqla qalib gəlirdi. Amma bu dəfə hər iki görüş olduqca çətin keçdi. Kipr APOEL-inə Çempionlar Liqasındakı məğlubiyyətin təsiri hiss olunurdu?
- Həm APOEL-ə evdə, həm də "Linfild"ə səfərdə məğlub olduğumuz matçların təsiri var idi. Uduzmaqdanuduzmağa fərq var. Elə olur ki, yaxşı oynayırsan, qol imkanları yaradırsan, üstünlük səndə olur, amma üst-üstə iki dəfə yenilirsən. Bu da komandanı istər-istəməz psixoloji cəhətdən zədələyir. Bu gün o psixoloji basqı üzərimizdə var idi. Uşaqların üzlərindən də göründü ki, ikinci qoldan sonra bir az rahatlaşdılar. Halbuki bu qoladək üzərimizdə qorxu var idi. Çox sevindiricidir ki, bunu üzərimizdən ata bildik. Digər tərəfdən, pley-off mərhələsində hər bir rəqib sonadək mübarizə aparır, şansından yararlanmaq istəyir. Şadıq ki, istəyimizə nail olduq və 6-cı dəfə avrokuboklarda qrup mərhələsinə yüksəldik.
- Düşünmürsünüz ki, bu, ən çətin pley-off oyununuz idi?
- Bundan da gərgin keçənləri olmuşdu. Amma indi evdə oynadığımızı nəzərə alsaq, ən çətin oyunumuz oldu. Əvvəlki mövsümlərdə evdə İsveç "Göteborq"u, Moldova "Şerif"i və İsveçrə "Yanq Boyz"u ilə qarşılaşmalarda 3:0 hesablı qələbə qazanmışdıq. Amma bu dəfə belə olmadı. Əslində, qrup mərhələsinədək avrokubok oyunlarımızı çox yaxşı keçirdik. Cəmi 2 görüşdə uduzmuşuq, amma hər birində rəqibdən üstün oynamışıq. Ümumən, komandamızın oyunu pis deyil. Çalışıb daha da yaxşılaşdırmalıyıq ki, qrup mərhələsində uğurla çıxış edək.
- Qrup mərhələsi barədə komandada hansı fikirlər var idi?
- Bu barədə heç düşünmürdük. Çünki "Linfild"ə ilk matçda məğlub olmuşduq. Əslində, cütün taleyini elə Şimali İrlandiyada həll etmək istəyirdik. Hətta 1:0 hesabı ilə öndə olduqdan sonra da geri çəkilmir, böyük qüvvə ilə irəli atılırdıq. Məğlub olduqdan sonra isə sırf oyunu fikirləşirdik. Məncə, artıq hər oyuna final kimi yanaşmalı, maksimum xal qazanmağa çalışmalıyıq.
- Qrupda 2-ci yeri tutmağı qarşınıza minimum vəzifə kimi qoymusunuz?
- Çox istərdik ki, belə olsun.
- Rəqiblər arasında İspaniya "Sevilya"sı, Portuqaliya "Portu"su, Rusiya ÇSKA-sı kimi komandalar var. Belə iddialı klublara qarşı oynamağa hazırsınız?
- Bunu zaman göstərəcək. Hətta "Mançester Siti"nin belə güclənməyə ehtiyacı var. Həmçinin də "Qarabağ"ın. Baş məşqçimiz Qurban Qurbanov açıqlamalarında transfer danışıqlarının aparıldığını və axtarışda olduğumuzu bildirib. Amma vaxt az qalıb. Alınıb-alınmayacağını zaman göstərəcək.
- Maqaye Qaye nə zaman daha yaxşı oyun göstərə biləcək?
- Qeye komandaya gec qoşuldu. Özü də açıqlamalarında həmin vaxt formasından uzaq olduğunu bildirib. Buna baxmayaraq, avrokuboklarda iki qol, bir məhsuldar ötürmə müəllifi olub, Premyer Liqada da fərqlənməyi bacarıb. Çox yaxşı performans göstərir. Bu gün də meydanda ən yaxşılardan idi. Topa yapışır, mübarizə aparırdı. Rəqib çox sıx oynayırdı. Düşünürəm ki, Qeye öz işini gördü. Xüsusən, ilk qolda ideal ötürmə verdi. İnanıram ki, bundan da yaxşı formada olacaq (report.az).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA kisənin ağzını açdı: 6:1-lik qələbəyə görə İNANILMAZ MÜKAFAT
- “Şəfa”nın yeni baş məşqçisi müəyyənləşdi - ÖZƏL
- “Qarabağ”a qarşı namərdlik
- Cavadovdan “Dinamo”ya dəstək
- Millimizin qapıçısı: “Soruşdum ki, niyə söyüş söyürsən?”
- Klub rəsmisindən AFFA-ya cavab: “Bunlar “Neftçi”yə eyham vurularaq istifadə edilə bilməz”
- Santuşla əlimiz bala batdı, qaldı Rui Jorge?..
- “Sumqayıt”ın dərdi nədir? - QEYD
- Ehtiram Quliyev: “Hazırkı büdcə ilə bu futbolu oynaya bilərik”
- “Nəticələr yaxşıdırsa, Kurban Berdıyevdən necə razı qalmamaq olar?"
- Millimizdə portuqaliyalı baş məşqçi
- Leandro Andrade: “Bundan da yaxşısını edə bilərik”
- “Sumqayıt”ın kapitanı: “Bu sualın cavabını özümüz də axtarırıq"
- "Zirə" xal itirdi, "Neftçi" "Turan Tovuz"a uduzdu
- Braziliyada final matçında kütləvi dava - 23 futbolçu qırmızı vərəqə aldı
-
23:25
Yunan-Roma güləşi üzrə U-17 millimizin açıq məşqi keçirilib
-
22:53
Mirça Luçesku dünyasını dəyişdi
-
22:04
"Araz-Naxçıvan"ın məşqçisi: "Qapımıza vurulan ikinci qol zamanı qayda pozuntusu var idi"
-
21:48
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
-
21:30
“Turan Tovuz” və “Zirə” xal itirdi, "Araz-Naxçıvan” uduzdu
-
21:12
Dünya Səhiyyə Günü münasibətilə sosial layihə həyata keçirildi FOTOLENT
-
20:27
"Zirə" sonda qələbəni əldən verdi VİDEO
-
20:16
Abbasov hirsindən planşeti qırdı VİDEO
-
19:59
"Zirə"nin məşqçisi: "Bizim günümüz deyildi"
-
19:31
Qubada qalib aşkarlanmadı VİDEO
-
19:03
II Liqada 3 oyunda 12 qol
-
18:45
Böyük İpək Yolu: Boks millimizdən 21 medal
-
18:14
"Turan Tovuz" doğma stadionuna qayıdır
-
17:37
Berdiyev: "Çox vacib xallar itirdik"
-
16:28
Daşkəsəndə müasir cüdo zalı istifadəyə verilib
-
15:00
Millimizin baş məşqçisi: "Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
-
14:16
Haci Rumıniya millisinin baş məşqçisi təyin edilib
-
13:49
Maquayrla yeni müqavilə imzalandı
-
12:53
“Ayın qolu” layihəsində mart ayının qalibləri müəyyənləşib
-
12:32
Ürəyində problem yarandığı üçün 34 yaşında karyerasını bitirdi
-
12:21
Üç kluba texniki məğlubiyyət verilib
-
12:05
AFFA-dan Adil Şükürova 4 oyunluq cəza
-
11:44
"Villareal" "Jirona"ya məğlub oldu VİDEO
-
11:18
Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilir
-
11:07
“Neftçi”nin hədəfi qarşıdakı 4 oyunun 4-də də qalib gəlməkdir”
-
10:56
"Yuventus"un qələbəsi VİDEO
-
10:39
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:22
"Atalanta" 3 xalı 3 qolla qazandı VİDEO
-
10:10
Abdullah Zubir: “Razıyam, baxımlı qol alındı”
-
09:43
"Milan" "Napoli"yə uduzdu VİDEO
-
21:49
Qurban Qurbanov: “Hakimlər sanki bir az təzyiq altındadır, Allah köməkləri olsun”
-
21:08
Füzuli Məmmədov: "Acı məğlubiyyət aldıq”
-
20:51
"Qarabağ" 7 qolla qalib gəldi
-
20:24
Dadaşovun komandası heç-heçəyə razılaşdı
-
19:36
II Liqada 21-ci tur start verildi
-
19:07
AFFA Əliyar Ağayevi cəzalandırdı - FOTOFAKT
-
18:43
Millimiz Moldova yığmasına qalib gəldi
-
18:15
“Qarabağ” - “Karvan-Yevlax”: Heyətlər açıqlandı
-
17:52
Azərbaycan güləşçisi ABŞ-də bürünc medal qazanıb
-
17:29
"Fənərbaxça" ciddi itki ilə üzləşdi
-
17:00
Hamı yaxşı, bircə Əliyar pisdir?
-
16:32
Aleksandr Ramalinqom: “Anlaya bilmirəm ki, nəticə necə belə oldu”
-
16:16
"Şəki" Azərbaycan Basketbol Liqasında pley-offa yüksəlib
-
15:01
Rəhim Həsənov Əliyar Ağayevi yenə haqsız çıxardı: “Turan Tovuz”un 2 penaltisi verilməyib
-
14:24
Millimizə 23 futbolçu çağırıldı
-
13:47
“Şəfa” - “Səbail” oyunu ona tapşırıldı
-
12:53
Azərbaycan çempionatının qalibləri müəyyənləşib
-
12:35
Avropa çempionatında Azərbaycanı 14 şahmatçı təmsil edəcək
-
12:16
Azərbaycan yelkənçiləri Sloveniyada beynəlxalq turnirdə iştirak ediblər
-
11:28
İngiltərə kubokunun yarımfinal cütləri müəyyənləşib
07.04.2026
06.04.2026























