17 Mart 2026, Çərşənbə axşamı
Ayın qolunun müəllifi mükafatlandırıldı
Yuri Vernidubdan qələbə şərhi
Emreli 8 ay sonra qol vurdu
Berdiyev: “Vacib iki xal itirdik”

Ölkə futbolu

“Linfild”in baş məşqçisi: “İlk görüşdə hesab 3:1 olsaydı belə...”

“Linfild”in baş məşqçisi Devid Hili  Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la cavab oyunu öncəsi mətbuat konfransı keçirib. Futbolxeber.az saytının məlumatına görə, o, əvvəlcə matç haqda danışıb.

- Fikrimcə, ilk görüşdə hesab 3:1 olsaydı belə, rəqib favorit olacaqdı. Sabah ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq. Nələrin baş verəcəyini birlikdə görəcəyik.

- Bakı barədə təəssüratlarınız necədir?

- Bakı çox gözəl şəhərdir. Bu gün qaldığımız otelin yanında gəzmək imkanımız oldu. Bakı haqda ancaq müsbət təəssüratlar var.

- Bura gələn komandalar bir qayda olaraq müdafiə futbolu sərgiləyir. Siz də bu ənənəni davam etdirəcəksiniz?

- Rəqib çox güclü komandadır. Evdə müsbət statistikaları var, az uduzublar. Güclü rəqibə qarşı müdafiə olunmalı olacağıq. İnanıram ki, nəticədən və oyundan razı qalacağam.

- 1 milyon funt-sterlinqiniz olsaydı, neçə faizini “Linfild”in mərhələ adlamasına yatırardınız?

- UEFA qaydalarına əsasən, biz mərcə pul yatıra bilmərik. Sözsüz ki, “Qarabağ” favoritdi. Bu qədər pulum olsaydı, “Qarabağ”ın oyunçularından almaq istəyərdim. Məsələn, Riçard Almeyda, Xayme Romero və Rahil Məmmədovu istəyərdim.

- Mərhələ keçə bilməsəniz, təyyarədə gözünüzə yuxu gedəcək?

- Adətən səfərdən evə qayıdanda baş məşqçilər çox şeyi düşünürlər. Səyahətimiz uzun olacaq. Mərhələ keçə bilsək, bu səyahət daha yaxşı yadda qalacaq.

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31