26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Vüqar Məmməd 0:6-nı şərh etdi: “Bu oyunu unudub...”

“Viktor Bannikov” beynəlxalq turnirində bu gün İsrail yığması ilə keçirilmiş oyundan sonra 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Vüqar Məmməd affa.az-a açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, V.Məmməd 0:6 hesablı yenilgi ilə bağlı bunları deyib:

“Futbolçuların oyun praktikası yoxdur. Bunun da əsas səbəbi çempionatın başlamamasıdır. Yoxlama oyunları olduğuna görə, oyun ərzində bütün futbolçulara oynamaq şansı verildi. Üstəlik, zədəli futbolçularımız da var. Eyni zamanda, İspaniyada toplanışda olan oyunçularımız bizimlə deyil. Xatırladım ki, bundan öncə U-19-da çalışdığımız dönəmdə yoxlama oyunlarında ardıcıl 8 oyunda, bir qol belə vurmadan məğlub olmuşduq. Ancaq hazırlığımızı tədricən keyfiyyətə çevirərək yekunda Elit-raunda vəsiqə qazana bilmişdik. İnaniram ki, yenə də əzmlə çalışaraq, uğura imza ata biləcəyik.

Bu gün həm fiziki, həm də taktiki baxımdan və reytinqə görə 2-ci qrupda yer alan güclü İsrail millisinə qarşı oynadıq. Bu oyunu unudub, növbəti oyunlara hazırlaşacağıq.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30