25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

“Qəbələ”nin xəstəxanaya aparılan futbolçusunun durumuna aydınlıq gəlib

Azərbaycan Premyer Liqasının II turunda "Qarabağ"la oyunda zədələndiyi üçün xəstəxanaya aparılan "Qəbələ"nin futbolçusu Klesio Baukun durumuna aydınlıq gəlib.

Əyalət təmsilçisinin baş məşqçisi Sənan Qurbanovun "Report"a verdiyi məlumata görə, hazırda 25 yaşlı hücumçunun vəziyyəti yaxşıdır.

39 yaşlı mütəxəssis mozambikli oyunçunun rəqibin futbolçusu Riçard Almeyda ilə mübarizədə boğazından zərbə aldığını bildirib: "Oyunçu zərbə aldıqdan sonra nəfəs ala bilmirdi və ona görə xəstəxanaya apardıq. İndi ciddi bir şey yoxdur, qarşıdakı matçlarda iştirak edə biləcək".

Qeyd edək ki, görüş "Qarabağ"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Klesio Bauk zədələndiyi üçün onun yerinə 29-cu dəqiqədə meydana Rövlan Muradov daxil olub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30