21 Avqust 2019, Çərşənbə
"Estremadura" Mahirdən imtina edir
Milli komandamız PES-2020-də
Xanım Dabo da Bordindən narazıdı
İlqar Qurbanov “Sumqayıt”la anlaşdı

Ölkə futbolu

"Simurq" "Bakı"yla oyunun hazırlıqlarını davam etdirir

Premyer Liqasının növbəti turunda "Bakı"nı qonaq edəcək "Simurq" bir günlük istirahətdən sonra hazırlıqlara start verib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, dünən axşam saatlarında "Şəfa" stadionunda növbəti məşqinə çıxan "sarı-qaralar" iki saata yaxın davam edən çalışmalara əvvəlcə qaçış və isinmə hərəkətləri ilə başlayıb. Daha sonra fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin rəhbərliyi altnda fiziki gücün artırılmasından ibarət tapşırıqlar yerinə yetirilib. Məşqin əsas hissəsində isə baş məşqçi Georgi Çixradzenin nəzarəti altında topla taktiki və texniki təmrinlər yerinə yetirilib. İkitərəfli oyunla isə hazırlıq tamamlanıb.

Bir müddətdir zədədən əziyyət çəkən Rövşən Əmiraslanov artıq hazırlıqlara qoşulub. Ancaq "Neftçi"lə oyunda zədələnən Tural Axundov hələ də ayağında yüngül ağrılar hiss etdiyindən komandadan ayrı məşq edir. Onun "Bakı" ilə görüşdə meydana çıxıb-çıxmayacağı həkimlərin qərarından asılı olacaq. 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31