19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Bakıda bizi ağır oyun gözləyir"

Sabah Avroliqanın play-off mərhələsinin ilk oyunu çərçivəsində Bakıda "Qarabağ"ın qonağı olacaq "Ayntraxt"ın baş məşqçisi Armin Fe qarşıdakı oyun haqda danışıb. Futbolxeber.az-ın məlumatına görəi, Almaniya mətbuatına verdiyi açıqlamada 2011-ci ildən "Ayntraxt"ı çalışdıran Fe Bakının istisi və azarkeşlərdən çəkinir: "Bizim məqsədimiz Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdır. Bunun üçün “Qarabağ”ı mübarizədən kənarlaşdırmalıyıq. Biz işimizi ehtiyatlı tutmalıyıq. “Qarabağ” çoxlarının düşündüyünün əksinə olaraq, kifayət qədər yaxşı və peşəkar komandadır. Mən onların oyunlarının videoyazısını izləmişəm. Çox şey birinci oyundan sonra bəlli olacaq. "Qarabağ"ın Bakıda yaxşı azarkeş dəstəyi olacaq. Bundan başqa, orada hava da isti olur. Biz qələbə istəyirik. Rəqibin necə oynadığını dəqiq öyrənmişik. Bakıda bizi ağır oyun gözləyir".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30