29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

Araz Abdullayevin törətdiyi qəzanın təfərrüatları bəlli oldu

 

Daxili İşlər Nazirliyi “Neftçi”nin futbolçusu Araz Abdullayevin törətdiyi qəzaya münasibət bildirib. Futbolxeber.az-ın məlumatına görə, bu barədə “Qafqazinfo”ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir, hadisə ilə bağlı hazırda sənədləşdirmə işləri aparılır: “Bu gün Nobel prospektində qəzanın baş verməsi ilə bağlı Daxili İşlər Nazirliyinə məlumat daxil olub. Hadisə nəticəsində 1 nəfər dünyasını dəyişib, 1 nəfər isə yaralanıb”.

DİN-in mətbuat xidmətindən bildirilib ki, qəzanı törədən “Neftçi”nin futbolçusu Araz Abdullayev yaralı şəxsi başqa maşınla xəstəxanaya aparıb.

Hazırda qəza ilə bağlı daha dəqiq araşdırma aparılır.

Bakıda futbolçunun törətdiyi qəzada ölən və xəsarət alan şəxslərin adı məlum olub. Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, ölən qadın Zəminə Hüseynovadır.

Qəza nəticəsində daha bir nəfər – 1968-ci il təvəllüdlü Gülsabah Nuriyeva ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.

Qeyd edək ki, “Neftçi” klubunun futbolçusu Araz Abdullayev idarə etdiyi avtomobillə Nobel prospektində 2 süpürgəçini vurub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31