1 Iyul 2025, Çərşənbə axşamı
"Qarabağ" "Zirə"yə qalib gəldi
“Neftçi” “Kappa” ilə anlaşdı
Millimiz darmadağın oldu
"Neftçi"dən daha bir transfer

Ölkə futbolu

Dan Mori: "Neftçi"yə artıq bələdik”

"Neftçi"yə artıq bələdik. Xüsusən bir müdafiəçi kimi komandanın hücum xəttindən xəbərdaram".

Bu fikirləri İsrailin "Bney Yehuda" klubunun futbolçusu Dan Mori "Neftçi" ilə keçirəcəkləri Avropa Liqasının III təsnifat mərhələsinin cavab matçından öncə mətbuat konfransında deyib.

31 yaşlı israilli müdafiəçi bildirib ki, sabah "Neftçi"ni dayandırmaq üçün əlllərindən gələni edəcəklər: "Psixoloji hazırlıq hər zaman önəmlidir. İlk matçdan üstün ayrıldığımızı düşünsək, bu, bizə çətinlik yarada bilər. Artıq cavab oyunu barədə düşünürük. Bilirik ki, matça hazır olacağıq".

Qeyd edək ki, avqustun 15-də Petak Tikvadakı "Ha Moshava" stadionunda keçiriləcək "Bney Yehuda" - "Neftçi" matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Bakıdakı ilk görüş heç-heçə ilə nəticələnib - 2:2 (“Report”).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31