22 Oktyabr 2025, Çərşənbə
Abubakar rəsmən “Neftçi”də
IX turun hakim təyinatları açıqlandı
“Neftçi” 9700 manat cərimələndi
“Qarabağ” İspaniyaya yollandı

Ölkə futbolu

“Qəbələ”dən altı cavabsız qol

Azərbaycan Premyer Liqasının 2019/20 mövsümünə hazırlaşan “Qəbələ” növbəti yoxlama oyununu keçirib.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakıda hazırlıq keçən “qırmızı-qaralar” I divizion təmsilçisi MOİK-lə görüşüb.

Qarşılaşma Bakıxanov qəsəbəsindəki İsmət Qayıbov adına təlim-məşq bazasında baş tutub. Sənan Qurbanov zədəli futbolçular Davit Volkov, İvitsa Juniç, Ülvi İsgəndərov, Kristian Kouakou və Yusif Nəbiyev istisna olmaqla bütün oyunçulara bu matçda şans verib.

“Qəbələ”nin üstünlüyü ilə keçən qarşılaşmada hesabı Klesio Bauk açıb. O, 12-ci dəqiqədə fərqlənib. 18 dəqiqə sonra Fernan Lopez fərqi iki topa çatdırıb. Fasilədən sonra rəqib qapısına təzyiqi artıran “qırmızı-qaralar” daha üç qol vurub. Merab Qiqauri 48-ci dəqiqədə fərqlənibsə, 55-ci və 58-ci dəqiqələrdə qola sevinən Klesio het-trik müəllifi olub. Hakimin final fitinə 2 dəqiqə qalmış Asif Məmmədov matçda sonuncu qolu vurub - 6:0.

Xatırladaq ki, “Qəbələ” mövsümə avqustun 17-də “Sumqayıt”la ev oyunu ilə start verəcək.

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31