22 Mart 2026, Bazar günü
Yuri Vernidub: “Borcumuzu qaytarmalıydıq”
“Neftçi”nin hücumçusu mükafatlandırıldı
Azər Bağırovdan qələbə şərhi
Millimizə 27 futbolçu dəvət aldı

Ölkə futbolu

Matiç: “Bakıda nəticəni öz xeyrimizə dəyişməliyik”

APOEL-in yarımmüdafiəçisi Uros Matiç Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”a evdə uduzduqları oyunu (1:2) şərh edib.

- APOEL növbəti mərhələyə adlamaq üçün nə etməlidir?

- İlk növbədə mən bizə ağrılı olan bu nəticədən narazıyam. Birinci hissədə ümumən yaxşı çıxış etdik. Amma ruhdan düşməməliyik. Bu, yalnız birinci oyun idi. Qarşıda cavab görüşü var. Merkisin son dəqiqədə vurduğu qol bizə təkrar matç üçün güc və motivasiya verir.

- “Qarabağ” haqda fikirləriniz necədir?

- Bəli, güclü komandadır. Əlavə qollar vurmaq üçün də şansları oldu. Bizdə də həmçinin. Pavloviçin imkanı yaranmışdı. Amma futbolda belə şeylər təbiidir. Cavab matçına kimi altı gün vaxtımız var. Çoxlu işləməliyik ki, istəyimizə nail olaq.

- APOEL-dən Bakıda oyunda gözləntiniz nədir?

- Bizim yaxşı hücumçularımız var. Səfərdə nəticəni öz xeyrimizə dəyişməliyik. Bu, futboldur. Cavab görüşünə nikbin yanaşmalı, qələbəyə inanmalıyıq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31