18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Bordin və Ələskərov mətbuat önünə çıxacaq

Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində avqustun 8-i saat 21:00-da “Bakcell Arena”da keçiriləcək “Neftçi” - “Bney Yehuda” oyunu öncəsi “ağ-qaralar”ın baş məşqçisi Roberto Bordinin və futbolçu Namik Ələskərovun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.

Futbolxeber.az-ın “Neftçi”nin rəsmi feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, tədbir avqustun 7-si “Bakcell Arena”da keçiriləcək və saat 17:30-da başlanacaq. Konfransdan sonra, saat 18:00-da “Neftçi”nin media nümayəndələri üçün açıq (ilk 15 dəqiqəsi) məşqi baş tutacaq.

Həmin gün “Bakcell Arena”da “Bney Yehuda”nın baş məşqçisi Yossi Abukasis və futbolçu Dan Morinin mətbuat konfransı, həmçinin komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq. Konfrans saat 20:30-da, məşq isə saat 21:00-da başlanacaq.

Qeyd edək ki, saat 17:00-da “Bakcell Arena”nın media üçün ayrılmış iş otağında qeydiyyatdan keçmiş jurnalistlərə oyun üçün akkreditasiyalar təqdim ediləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30