24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Gələn mövsümdən Premyer Liqada 10 komanda mübarizə aparacaq”

“Bütün klublara uğurlar arzulayıram. İnşallah, güclü olan qalib gələr və ölkəmizi avrokuboklarda layiqincə təmsil edər. “Neftçi” və “Qarabağ”ın avrokuboklarda çıxışını uğurla davam etdirməsi hamımızı sevindirir. Xüsusən “Arsenal” (Rusiya) üzərində qələbəni qeyd etmək istəyirəm - avrokuboklarda rus komandalarına qarşı ilk qələbəmiz idi və orada yaşayan həmvətənlərimizə böyük sevinc bəxş etdi”.

Futbolxeber.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri qurumun prezidenti Ramin Musayev deyib.

Azərbaycan Premyer Liqasının yeni mövsümünün püşkatma mərasimində çıxış edən Musayev Premyer Lidaya daha “Topaz”ın sponsorluq etməyəcəyini bildirib:

“Peşəkar Futbol Liqası yaranan tarixdən milli çempionatımızda yer tutan klubların avrokuboklarda tutduqları yerə uyğun nəticələr göstərməsi bizi sevindirir və şəffaflığı təmin edə bildiyimizi göstərir. Bu mövsümdən “Topaz”la əməkdaşlığımız dayandırıldı. Peşman deyilik. Xarici bukmeyker kontorlarından birindən yaxşı təklif almışıq, hələki adını çəkməyəcəyik. Sponsorluq üçün “Topaz”dan daha yaxşı şərtlər irəli sürülüb.

Komandalara mövsüm üçün 100 ədəd “Nike” topları hədiyyə olunacaq. Topların klublara verilməsində AFFA-nın baş katibi Elxan Məmmədovun əziyyəti böyükdür, ona təşəkkürümüzü bildiririk. Çempionatımız 16 avqust tarixində start götürəcək. Bu mövsümdən yeni elektron sistemimiz fəaliyyət göstərəcək. Klublar legionerlərin ödənişini vaxtında verməsə, həmin oyunçunun adını elektron protokola yaza bilməyəcək. Bu, həmçinin cəriməli oyunçulara da aiddir”.

Daha sonra PFL prezidenti jurnalistlərin suallarına cavablandırdı:

- “Qəbələ”nin əvəzediciləri diviziona buraxmayacağı deyilir, buna görə cərimələnəcəklər? I Divizionda komanda sayı dəqiqləşib?

- Bəli, iştirak etməkdən imtina ediblər və 100 000 manat cərimələnəcəklər. Əvəzedicilərini diviziona buraxan klublara AFFA tərəfindən 50.000 manat ayrılacaq. Növbəti mövsüm I Divizionda 13 komanda iştirak edəcək və 22-23 avqust tarixdə start götürəcək.

- Bu il I Divizionun daha tez başlaması nə ilə əlaqədardır?

- Sentyabrın əvvəlində millinin oyunları ilə əlaqədar təqvim belə qurulub. Etiraf edək ki, çempionatı milliyə görə təşkil edirik. Buna görə də, çempionatı milliyə uyğunlaşdırmağımızı normal hesab edirəm.

- Gələn il çempionatda komandaların sayı ilə bağlı yenilik gözlənilir?

- AFFA İcraiyyə komitəsində bununla bağlı müzakirələr aparılıb, gələn mövsümdən Premyer Liqada 10 komanda mübarizə aparacaq.

- Sizə elə gəlmir ki, bu yerdə qalan 8 komandaya Premyer Liqanı tərk etməyəcəklərinə zəmanət kimi görünür?

 - Bütün komandalarımız avrokuboklar uğrunda mübarizə aparır. Heç kim təminat verə bilməz ki, gələn mövsüm 1 komanda çempionatı tərk edib, 3 komanda gəlməyəcək. Hər şey komandaların bizə müraciətindən asılıdır.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30