19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Balayev: “Fədakar davrandıq”

“Nəhayət ki, uğursuzluq sindromu bitdi. Uzun müddət idi ki, qalib gəlib xal qazana bilmirdik. Bu oyuna ciddi hazırlaşmışdıq. "Tobol" üçün üç xal vacib idi. Fədakar davrandıq, futbolçular meydanda vuruşdular".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Tobol"un qapıçısı Emil Balayev Qazaxıstan Premyer Liqasının 21-ci turunda səfərdə "Atırau"ya 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra klubun saytına deyib.

Millimizin üzvü bildirib ki, ikinci hissədə qol epizodları olub: "Bundan yararlanmalı idik. O zaman oyunun sonluğu daha asan alınardı. Rəqib getdikcə təzyiqi artırmağa çalışırdı, biz isə əks-hücumlarla cavablarını  verirdik. İstənilən halda bu, minimumdur. Ancaq bu qələbə psixoloji baxımdan önəmlidir".

Qeyd edək ki, 21 turdan sonra "Tobol" 42 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30