19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Samir Ələkbərov “Lvov”da

Azərbaycanın veteran futbolçusu, “Neftçi”nin sabiq hücumçusu Samir Ələkbərov Ukrayna Premyer Liqasında yarışan “Lvov” klubunda fəaliyyətə başlayıb.

Futbolxeber.az saytının məlumatına görə, S.Ələkbərov baş məşqçinin fiziki hazırlıq üzrə köməkçisi təyin olunub. “Lvov” klubunun rəsmi saytında da həmyerlimiz məşqçi kimi göstərilib.

50 yaşlı mütəxəssis artıq 2 aydır “Lvov”da çalışır.

O bildirib ki, Ukrayna Premyar Liqasının səviyyəsi yüksəkdir. “Bura azərbaycanlı futbolçuların gətirilməsində vasitəçi ola bilərəmmi? Bu, mənim səlahiyyətimdə deyil. Ukraynada daha çox cənubi amerikalı futbolçulara üstünlük verilir. Əgər klub rəhbərliyi və baş məşqçi azərbaycanlı futbolçularla maraqlanarsa, məmnuniyətlə, onlarla bağlı məlumat verərəm” - deyə S.Ələkbərov bildirib.

Xatırladaq ki, veteran futbolçu bir müddət Azərbaycanın U-21 millisinin baş məşqçisi, eləcə də "Sumqayıt"da məşqçi işləyib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30