28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Tərlan Əhmədov: “Bu, bizi sevindirir".

“Maraqlı və gərgin oyun alındı. Rəqibimiz Türkiyənin Superliqa təmsilçisi idi. Güclü və hazırlıqlı komandaya qarşı yaxşı oyun nümayiş etdirdik. İlk hissədə baxışda olan iki futbolçunu meydana buraxmışdıq. Buna baxmayaraq, komanda inamlı oynadı, xətlər arasında anlaşma yaxşı səviyyədə idi və bu, bizi sevindirir".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Türkiyədə təlim-məşq toplanışı çərçivəsində qardaş ölkənin Superliqa təmsilçisi "Çaykur Rizəspor"a 0:3 hesabı ilə uduzduqları yoxlama görüşünü şərh edərkən deyib.

Klubun mətbuat xidmətinə danışan 47 yaşlı mütəxəssus bu matçda komandasının ötən oyunla müqayisədə daha yaxşı təsir bağışladığını bildirib:

"Oyun baxımından müsbət irəliləyişlər var. Onu da qeyd etmək istəyirəm ki, hər iki hissədə oyunda hesabı aça bilərdik, bəzi epizodlarda qapı dirəyi rəqibi qoldan xilas etdi, eyni zamanda, təkbətəkdən də yararlana bilmədik. Amma buraxılan kiçik səhvlər qapımıza vurulan qollarla nətiləndi. Buna baxmayaraq, ümumilikdə komandanın nümayiş etdirdiyi oyundan razı qaldım”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31