20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Rəvan" 2 futbolçudan imtina etdi

Premyer Liqada mövsümə uğursuz start verən "Rəvan” Futbol Klubu həftəsonu çempionatın 3-cü turu çərçivəsində "Bakı”ya böyükhesabla yenildikdən dərhal sonra yeni baş məşqçi Vladislav Qədirov klub rəhbərliyi ilə görüş keçirib. Futbolxeber.az-ın məlumatına görə, rəhbərlik 42 yaşlı mütəxəssisin oyun və nəticə barədə hesabatını dinləyib və uğursuzluq zolağından çıxmağın yolları müzakirə olunub. Qədirovu tam dəstəkləyən rəhbərlik ona heyətə "əl gəzdirmək” izni də verib.

Bu gün isə təcrübəli məşqçi artıq islahatlara başlayıb. Təxminən 1 həftədir komandanın "sükan”ını idarə edən Qədirov məşqlərdə və konkret "Bakı” ilə matçda gördüklərinə əsasən komandanın oyun üslubuna uyğun gəlmədiyinə, sürətli futbolla ayaqlaşa bilmədiyinə görə iki futbolçunu əsas komandadan uzaqlaşdırıb. Belə ki, Nodar Məmmədov və Bəxtiyar Soltanov komandadan göndərilib. Daha doğrusu, hər iki futbolçu ilə danışıq olub və qarşılıqlı razılıq əsasında yolların ayrılması lazım bilinib.

"Rəvan” FK adıçəkilən futbolçulara gələcək karyeralarında uğurlar arzulayır.

 


revanfc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30